15 Noyabr 2026, Bazar günü
U-21 yığmamız Omanı məğlub etdi
Rövşən Nəcəf millimizi təbrik etdi
Millimiz Lixtenşteynə qalib gəldi
Krivostyuk heyətdən çıxarıldı

Xarici futbol

“Qarabağ”ın qapıçısı Qyökereşin penaltilərinin qarşısını ala bilmədi

UEFA Millətlər Liqasının B Liqasının beşinci turu çərçivəsində Bosniya və Herseqovina yığması səfərdə İsveçin qonağı olub.

Futbolxeber.az saytının məlumatına görə, Bosniya və Herseqovina yığmasına dəvət alan “Qarabağ”ın qapıçısı Martin Zlomişliç bu görüşün iştirakçısı olub. O, meydana start heyətində çıxıb və sonadək oynayıb.

Matç İsveçin 3:2 hesablı qələbəsi ilə başa çatıb. “Arsenal”ın ulduzu Viktor Qyökereş 11-ci və 45+2-ci dəqiqələrdə penaltiləri dəqiq yerinə yetirməklə komandasının uğurunda böyük pay sahibi olub.

Qeyd edək ki, 5 turdan sonra Bosniya və Herseqovina yığması 8 xalla qrupda ikinci yerdədir. Son turun nəticəsindən asılı olmayaraq, komanda qrupu elə bu pillədə başa vuracaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30