16 Noyabr 2026, Bazar ertəsi
U-21 yığmamız Omanı məğlub etdi
Rövşən Nəcəf millimizi təbrik etdi
Millimiz Lixtenşteynə qalib gəldi
Krivostyuk heyətdən çıxarıldı

Digər idman növləri

Cüdoçumuz Zaqrebdə çempion oldu

Azərbaycan cüdoçusu Kənan Nəsibov (+100 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-pri turnirinin qalibi olub.

Futbolxeber.az saytının məlumatına görə, turnirdə 4 qarşılaşmada qalib gələn Nəsibov həlledici görüşdə almaniyalı Losseni Koneni üstələyib.

Bununla da, Zaqreb Qran-Prisini 2-ci dəfə qalib kimi başa vurub. Kənan Nəsibov ilk dəfə 2025-ci ildə Zaqreb Qran-Prisinin qalibi olub.

Eyni çəki dərəcəsində mübarizə aparan digər təmsilçimiz Uşanqi Kokauri isə yarımfinalda aldığı zədə səbəbindən bürünc medal görüşünə çıxmayıb və turniri beşinci yerdə tamamlayıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30