15 Noyabr 2026, Bazar günü
U-21 yığmamız Omanı məğlub etdi
Rövşən Nəcəf millimizi təbrik etdi
Millimiz Lixtenşteynə qalib gəldi
Krivostyuk heyətdən çıxarıldı

Digər idman növləri

Azərbaycan gimnastları Çindəki yarışda bürünc medal qazanıblar

Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Yaş Qrupları Yarışlarında Azərbaycan gimnastları uğurlu çıxışlarını davam etdirirlər.

Futbolxeber.az saytının məlumatına görə, Batut gimnastikası üzrə 13-14 yaş kateqoriyasında sinxron proqramda çıxış edən Muhamməd Həsənli və Ömər Qasımlı final mərhələsində 46.160 xal toplayaraq bürünc medalın sahibi olublar.

Eyni proqramda 17-21 yaş kateqoriyasında mübarizə aparan Mehdi Əliyev və Nicat Mirzəyev isə təsnifat mərhələsində 48.960 xalla 4-cü pillədə qərarlaşaraq finala vəsiqə qazanıblar.

Tamblinq üzrə fərdi proqramda 11-13 yaş kateqoriyasında ölkəmizi təmsil edən Əsnad Niftiyeva isə 42.700 xalla 8-ci nəticəni göstərərək final mərhələsinə yüksəlib.

Gimnastlarımız yarışda mübarizələrini davam etdirirlər.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30