15 Noyabr 2026, Bazar günü
U-21 yığmamız Omanı məğlub etdi
Rövşən Nəcəf millimizi təbrik etdi
Millimiz Lixtenşteynə qalib gəldi
Krivostyuk heyətdən çıxarıldı

Ölkə futbolu

Bir qələbədən daha artığı

Bəzən elə oyunlar olur ki, yoxlama xarakteri daşısa da, nəticəsi ən azı gələcək üçün fikir yürütməyə imkan verir. Dünən “Şahdağ Qusar”ın “Şəfa”ya qarşı keçirdiyi matçı da bu sıraya aid etmək olar. Adı yoxlama görüşü olsa da, 7 turdan sonra I Liqada vahid lider olan Füzuli Məmmədovun komandasının Premyer Liqa təmsilçisinə qarşı necə müqavimət göstərəcəyi maraqlı idi. Xüsusən də fiziki yüklənmənin qarşılığında. Çünki Qusar təmsilçisi bir gün əvvəl “Zirə”nin əvəzediciləri ilə üz-üzə gəlmişdi (6:0).

90 dəqiqənin yekunu göstərdi ki, “Şahdağ Qusar”ın I Liqadakı liderliyi təsadüfi deyil. Füzuli Məmmədovun komandası özündən güclü rəqib qarşısında əzilmədi. Hətta qələbə qazanmaqla Premyer Liqaya ən azı “Şəfa” qədər layiq olduğunu göstərdi.

“Şahdağ Qusar” üçün mövsümün startını əla adlandırmaq olar. Düzdür, I Liqada cəmi 7 tur geridə qalıb, lakin bu müddət belə fikir bildirməyə kifayət edir. Çünki Qusar klubu geridə qalan müddətdə əsas rəqiblərini demək olar ki, birnəfəsə keçib. MOİK, “Karvan-Yevlax” və “Səbail”lə görüşlərdə komanda 9 xal toplamaqla yanaşı, həm də qapısını toxunulmaz saxlayıb. Ümumiyyətlə, Qusar təmsilçisinin müdafiə xətti liqanın ən etibarlısıdır. Komanda 7 matçda qapısında cəmi 2 qol görüb. Füzuli Məmmədovun komandası kubokda da adını 1/8 finala yazdırıb. Özü də MOİK üzərində 9:1 hesablı qələbə qazanmaqla...

Yeganə mənfi məqam kimi “Xankəndi”dən alınan gözlənilməz məğlubiyyəti göstərmək olar. Lakin birincisi, məğlubiyyətdə həmin görüşü idarə edən, sonradan “Səbail” - “Zirə” oyunundakı qərarı ilə sosial şəbəkələrdə antiqəhrəmana çevrilən baş hakim Səbuhi Bayramovun da rolu az deyildi. İkincisi də, elə növbəti turda əsas rəqibi “Səbail”i aşkar üstələməklə Qusar klubu “Xankəndi”dən alınan məğlubiyyətin təsadüfi olduğunu göstərdi.

Bir sözlə, görünən odur ki, Füzuli Məmmədovun qurduğu komanda əmin addımlarla qarşıya qoyulan hədəfə doğru irəliləyir. Həm də son illərin təcrübəsi göstərir ki, I Liqada mövsümün əvvəlindən sürət yığaraq liderliyi ələ keçirən komanda yekunda çempionluğu qeyd edir.

Bu gün “Şahdağ Qusar” bəlkə də maddi durumuna, yaxud heyətinə görə hansısa rəqibdən geri qala bilər. Lakin komandanın rəqibləri ilə müqayisədə iki böyük üstünlüyü var. Biri baş məşqçisi, digəri də liqanın ən yaxşı azarkeş ordusu...

İBRAHİM








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30