18 Oktyabr 2026, Bazar günü
“Qarabağ” çempion olmaq istəyir”
Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
"Neftçi” qələbəni əldən verdi
“Qarabağ” - “Neftçi”: Hamı stadiona!

Ölkə futbolu

“Qarabağ” çempion olmaq istəyir”

"Yaxşı oyun keçirdik. Bəli, bir oyunda üç qol buraxmaq istəməzdik, amma eyni zamanda üç qol da vurduq. Bu, müsbət məqamdır. Oyunun sonunda hesabı 3:3 etməyi bacardıq və düşünürəm ki, bu, yaxşı nəticədir”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın hücumçusu Zakaria Savo Azərbaycan Premyer Liqasının VIII turunda “Neftçi”yə qarşı keçirdikləri oyun barədə danışarkən deyib.

İsveçli futbolçu qeyd edib ki, matçın gedişində hesabda 2 top fərqi ilə geri düşsələr də, sona qədər inamlarını itirməyiblər:

“Yüz faiz inam var idi. Son künc zərbəsi zamanı hətta qapıçımız da hücuma qoşuldu”.

26 yaşlı forvard növbəti matçdan da söz açıb:

“Sabah”la matçda qələbə qazanmaq istəyirik. Yeganə məqsədimiz qalib gəlməkdir. Çempion olmaq istəyirik və bunun üçün liqanın ən güclü komandalarına da qalib gəlməliyik. Buna görə də “Sabah”la matçda üç xal qazanmaq istəyirik”.

Sonda Savo azarkeşlərə təşəkkür edib:

“Fanatlara təşəkkür edirəm. Bu gün stadiona çox azarkeş gəlmişdi. Onları stadionda görmək həmişə xoşdur. Hər zaman fanatların gəlib bizə enerji vermələrini istəyirik”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31