16 Noyabr 2026, Bazar ertəsi
Millimiz Andorraya qarşı
U-21 yığmamız Omanı məğlub etdi
Rövşən Nəcəf millimizi təbrik etdi
Millimiz Lixtenşteynə qalib gəldi

Ölkə futbolu

“Neftçi” veteran futbolçularını təbrik etdi

“Neftçi”nin veteran futbolçuları – Tərlan Əhmədov və Kamal Quliyev “Palms Sports” Futbol Mərkəzində qonaq olublar.

Futbolxeber.az saytının məlumatına görə, klubun baş icraçı direktoru Cenk Sümer və digər rəsmilərlə görüşən Tərlan Əhmədova 55, Kamal Quliyevə isə 50 illik yubileyi münasibətilə xatirə hədiyyələri təqdim edilib.

Tərlan Əhmədov ölkəmizdə müxtəlif klublarda forma geyinməklə yanaşı, legioner həyatı da yaşayıb – Rusiya, İran və Ukrayna çempionatlarında çıxış edib.

1989-1991, 1998-2002-ci illərdə “Neftçi”də çıxış edən, “ağ-qara” formada 121 oyun keçirib, 6 qol vuran Əhmədov 1999-cu ildə Azərbaycan Kubokunu başı üzərinə qaldırıb və ilin futbolçusu seçilib. 1990-cı ildə SSRİ-nin yeniyetmələrdən ibarət yığma komandası ilə Avropa çempionu olan müdafiəçi bir müddət komandamızı meydana kapitan kimi çıxarıb. O, milli komandanın heyətində 75 oyun keçirib.

Kamal Quliyev ölkəmizdən başqa Ukrayna çempionatında da çıxış edib. 1997-2002-ci illərdə “Neftçi”nin heyətində 142 matçda meydana çıxıb 24 qol vuran Quliyev 1999-cu ildə Azərbaycan Kubokunun qalibi olub. Milli komandada 47 oyun keçirib.

Tərlan Əhmədov və Kamal Quliyev 2011-2014-cü illərdə baş məşqçi Böyükağa Hacıyevin köməkçisi olublar. Bu dönəmdə iki il ard-arda (2012, 2013) çempionluq yaşayan flaqman 2012/13-cü illər mövsümündə Azərbaycan futbolu tarixində ilkə imza ataraq UEFA Avropa Liqasının qrup mərhələsində çıxış etmək hüququ qazanıb. Bundan əlavə, komanda iki dəfə (2013, 2014) Azərbaycan Kubokunun qalibi olub.

Əhmədov 2017/18 mövsümündə “Neftçi”nin baş məşqçisi olub və komandaya Azərbaycan çempionatının bürünc medalını qazandırıb.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30