15 Noyabr 2026, Bazar günü
U-21 yığmamız Omanı məğlub etdi
Rövşən Nəcəf millimizi təbrik etdi
Millimiz Lixtenşteynə qalib gəldi
Krivostyuk heyətdən çıxarıldı

Xarici futbol

Ukrayna millisinin baş məşqçisi Kaşukun debütunu dəyərləndirdi

Ukrayna millisinin baş məşqçisi Andrea Maldera dünən UEFA Millətlər Liqasının beşinci turu çərçivəsində dünən Şimali İrlandiyaya qarşı keçirilən oyundan (0:1) sonra “Qarabağ”ın üzvü Aleksey Kaşukun yığmadakı debütunu dəyərləndirib.

Futbolxeber.az saytının məlumatına görə, o, vingerin debütunu müsbət dəyərləndirib:

"Kaşuk öz klubunda da təxminən eyni mövqedə çıxış edir. Debüt etdiyini nəzərə alsaq, o, olduqca yaxşı oyun nümayiş etdirdi. Hətta təşəbbüsü öz üzərinə götürdüyü iki epizod sayəsində qol vurmaq üçün iki imkan yarada bildi".

Ukrayna millisinin baş məşqçisi Kaşukun müdafiənin cinahında oynaması belə aydınlıq gətirib:

"Onun beşli müdafiənin cinah müdafiəçisi (wing-back) kimi çıxış etməsinə gəlincə, biz rəqibin çox da boşluq olmayan mərkəzi blokunu keçməyə çalışırdıq. Bəzən buna nail olduq, bəzən isə yox. Lakin düşünmürəm ki, yaranan problemlər məhz taktiki sxemdən qaynaqlanırdı. Biz çox az risk etdik və oyun əsasən fərdi qarşıdurmalar, təkbətək mübarizələr üzərində cəmləşmişdi".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30