16 Noyabr 2026, Bazar ertəsi
Millimiz Andorraya qarşı
U-21 yığmamız Omanı məğlub etdi
Rövşən Nəcəf millimizi təbrik etdi
Millimiz Lixtenşteynə qalib gəldi

Digər idman növləri

Azərbaycan millisi Dünya Kubokunda 14-cü yeri tutub

Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Misirin paytaxtı Qahirədə keçirilən Dünya Kubokunun mərhələ yarışında 22 komanda arasında 14-cü yeri tutub.

Futbolxeber.az saytının məlumatına görə, Zərifə Hüseynova, Səbinə Kərimova, Anna Başta və Palina Kaspiaroviçdən ibarət yığma ilk görüşündə Türkiyə seçməsini 45:30 hesabı ilə məğlub edib. Komanda ən güclü səkkizliyə yüksəlmək uğrunda qarşılaşmada ABŞ qılıncoynadanlarına 36:45 hesabı ilə uduzub. 9-16-cı yerlər uğrunda matçlarda Çin kollektivinə 34:45 hesabı ilə məğlub olan idmançılar İspaniya millisini 45:29 hesabı ilə üstələyiblər. Azərbaycan seçməsi komanda yarışındakı son sınağında Ukrayna təmsilçilərinə 36:45 hesabı ilə yenilib.

Fərdi yarışda isə Azərbaycan təmsilçilərindən ən yaxşı nəticəni göstərən Anna Başta 180 idmançı arasında 16-cı pillədə qərarlaşıb. Qrup mərhələsini 4 qələbə ilə başa vuran Başta pley-offda Polşa və ABŞ sablyaçılarına qalib gələrək ən güclü 64-lüyə yüksəlib. Burada Macarıstan və Çin idmançılarını mübarizədən kənarlaşdıran qılıncoynadan ən güclü səkkizliyə vəsiqə uğrunda görüşdə Rusiya təmsilçisi Yana Yeqoryana 11:15 hesabı ilə uduzub. Digər Azərbaycan sablyaçılarından Palina Kaspiaroviç ən güclü 32-liyə, Səbinə Kərimova isə 64-lüyə kimi irəliləməyi bacarıb. Zərifə Hüseynova mübarizəni pley-offda dayandırıb.

Qeyd edək ki, Yeniyetmələrin 4-cü Yay Olimpiya Oyunlarında qılıncoynatmanın sablya növündə Azərbaycanı təmsil edən Abbas Hüseynov fərdi yarışda 6-cı olub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30