16 Noyabr 2026, Bazar ertəsi
Millimiz Andorraya qarşı
U-21 yığmamız Omanı məğlub etdi
Rövşən Nəcəf millimizi təbrik etdi
Millimiz Lixtenşteynə qalib gəldi

Digər idman növləri

Milli Paralimpiya Komitəsinin nümayəndələri Qazaxıstanda təcrübə mübadiləsi aparıblar

Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) nümayəndə heyəti Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) beynəlxalq seminarında iştirak edib.

Futbolxeber.az saytının məlumatına görə, Qazaxıstanın paytaxtı Astanada IPC-nin dəstəyi, Qazaxıstan Milli Paralimpiya Komitəsi və Qazaxıstan Milli İdman Universitetinin təşkilatçılığı ilə beynəlxalq idman seminarı keçirilib.

Seminarda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Gürcüstan, Monqolustan və Moldovanın Milli Paralimpiya Komitələrinin nümayəndələri iştirak ediblər. MPK-nı tədbirdə mətbuat katibi Fərid Qarazadə, İdman şöbəsinin baş mütəxəssisləri Rüfət Rəhimov və Leyli Aslanova, eləcə də mütəxəssis Firdanə Allahyarova təmsil ediblər.

Seminar çərçivəsində paraidmanın inkişafı, tibbi təsnifat, media və marketinq istiqamətləri üzrə təqdimatlar keçirilib, iştirakçı ölkələr arasında təcrübə mübadiləsi aparılıb. Tədbirdə Milli Paralimpiya Komitəsinin nümayəndə heyəti tərəfindən Uşaq Paralimpiya Oyunları layihəsi, onun həyata keçirilmə istiqamətləri və əldə olunan nəticələr barədə təqdimat nümayiş etdirilib.

Seminarın sonunda Azərbaycan nümayəndə heyəti adından Qazaxıstan Milli Paralimpiya Komitəsinin baş katibinə Komitənin 30 illik yubileyi münasibətilə hazırlanmış xatirə hədiyyələri təqdim olunub. Eyni zamanda, iştirakçı ölkə kimi Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinə xatirə plaketi, nümayəndə heyətinin üzvlərinə isə iştirak sertifikatları təqdim edilib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30