16 Noyabr 2026, Bazar ertəsi
Millimiz Andorraya qarşı
U-21 yığmamız Omanı məğlub etdi
Rövşən Nəcəf millimizi təbrik etdi
Millimiz Lixtenşteynə qalib gəldi

Ölkə futbolu

Füzuli Məmmədov: “Birliyimiz sayəsində çempion olacağıq”

"Şəfa"ya bizimlə yoldaşlıq görüşü keçirdiyinə görə təşəkkür edirəm. Çox istəyirdim ki, Premyer Liqa təmsilçisinə qarşı oynayaq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri sport24.az-a açıqlamasında "Şahdağ Qusar"ın baş məşqçisi Füzuli Məmmədov deyib.

I Liqada mübarizə aparan komandanın çalışdırıcısı yoldaşlıq görüşü çərçivəsində Premyer Liqa təmsilçisi "Şəfa"ya qalib gəldikləri (2:1) qarşılaşma barədə fikirlərini bölüşüb:

"Belə matçlarda komandamın çatışmazlıqlarını daha yaxşı görə bilirəm. Üzərində işləməli olduğumuz məqamları açıq-aydın müəyyənləşdirdik. Rəqibin gücünü bilirdik. Yoldaşlıq görüşü olsa da, görüşə ciddi hazırlaşmışdıq. Qarşıda bizi Birinci Liqanın iddialılarından olan "Gəncəbasar"la oyun gözləyir".

Füzuli Məmmədov komandasının çempionluq şanslarını dəyərləndirib:

"Futbolçulardan razı qaldığım və narazı qaldığım məqamlar oldu. Qalib gəlmək hər zaman xoşdur. Çempionatda güclü komandalar var və hələ mövsümün əvvəlindəyik. Qarşıda bizi çətin oyunlar gözləyir. Komandamız oyundan-oyuna istədiyim səviyyəyə yaxınlaşır. Birliyimiz sayəsində çempion olacağıq".

Qeyd edək ki, "Şahdağ Qusar" Birinci Liqada 7 turdan sonra 18 xalla turnir cədvəlinə başçılıq edir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30