Digər idman növləri
Azərbaycanın çimərlik güləşçilərindən 2 qızıl, 1 bürünc medal
Azərbaycanın çimərlik güləşçiləri Xorvatiyanın Poreç şəhərində təşkil olunan yeniyetmələr (U-15, U-17) arasında Avropa çempionatında 2 qızıl, 1 bürünc medal qazanıblar.
Futbolxeber.az saytına bu barədə Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Qitə birinciliyində Azərbaycanı baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında U-17 millisi təmsil edib.
B qrupunda yer alan Rəşid Nazarov (60 kq) Xorvatiya güləşçiləri – Nikola Duriçlə Lovro Vidoviçə, eləcə də ukraynalı İliya Klimçuka 3:0 hesabı ilə qalib gəlib. Qrup lideri kimi yarımfinala yüksələn Nazarov final uğrunda mübarizədə gürcüstanlı Rati Beridzeyə son saniyələrdə məğlub olub – 2:3. Rəşid bürünc medal uğrunda qarşılaşmada yenidən Klimçukla üz-üzə gəlib. Bu dəfə rəqibinə xal verməyən (3:0) Nazarov fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Ruslan Vəliyev (70 kq) A qrupunda yunanıstanlı Yannis Apostolla ukraynalı İvan Zaliskonu 3:0 hesabı ilə üstələyib. Xorvatiyalı Leon Kuzman güləşmədiyi üçün Vəliyev hesabına texniki qələbə də yazdırıb. Ruslan qrup lideri kimi yarımfinala vəsiqə qazanıb. Onunla eyni çəkidə çıxış edən Ayxan Quliyev C qrupunda keçirdiyi ilk görüşdə gürcüstanlı Luka Maxaradzeyə 1:3 hesabı ilə məğlub olsa da, xorvatiyalı Toma Jelenç güləşmədiyi üçün texniki qələbə qazanıb, ardınca fransalı Tomas Reborqdan güclü olub – 3:1. Təmsilçilərimiz yarımfinalda üz-üzə gəlib. Ruslan Ayxanla mübarizədən qalib ayrılıb – 4:1. Quliyev bürünc medal uğrunda qarşılaşmada gürcü Bidzina Jintçaradze ilə bacarmayıb – 0:4. Ancaq Vəliyev həlledici görüşdə Gürcüstanın digər təmsilçisi Luka Maxaradzeyə 3:0 hesabıyla qalib gələrək Avropa çempionu olub.
Nihad Süleymanlı (80 kq) debütdə britaniyalı Marşal Everetə 3:0 hesabıyla qalib gələrək A qrupuna vəsiqə qazanıb. Nihad qrup mərhələsində gürcüstanlı Nuradin Mustafayevi 3:1, yunanıstanlı Panayotis Kiparissopulosla macarıstanlı Norbert Tapodini isə 3:0 hesabıyla məğlub edərək qrup lideri kimi yarımfinala yüksəlib. Süleymanlı bu mərhələdə gürcüstanlı Zebur Abaşidzeyə də heç bir şans tanımayıb – 3:0. Nihad finalda yenidən Mustafayevlə qarşılaşıb və rəqibə əvəz çıxmağa imkan verməyib. 4:1 hesablı qələbəyə sevinən Süleymanlı qızıl medalı boynundan asıb.
Beləliklə, millimiz Avropa çempionatında 2 qızıl və 1 bürünc medal qazanıb. Medalların əyarına görə bütün ölkələri qabaqlayan Azərbaycan xala görə sıralamada 3-cü yeri tutub. 65 xal toplayan komandamız Gürcüstan (85) və Ukraynadan (70) geri qalıb.
Qitə birinciliyində I-S kateqoriyalı hakim Sədi Quliyev ədaləti qoruyub.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Turan Tovuz" Türkiyə klubunu darmadağın etdi
- II Liqa klubları narazıdırlar - PFL prezidentinə müraciət olundu - ÖZƏL
- Azərbaycan klublarının yay transferləri (Yenilənir)
- Joni Montiel: “İşimiz baş məşqçini çətinə salmaqdır”
- Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlandı
- "Neftçi"dən ayrıldı, sabiq klubuna qayıtdı
- Azərbaycanda oynamış futbolçu Ermənistan klubunda
- Nuriyev Macarıstan klubunda
- “Zirə”də gözlənilməz ayrılıq
- Konfrans Liqası: “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
- “Neftçi” sifariş vərəqəsini UEFA-ya göndərdi
- “Neftçi” azarkeşlərinin gözlədiyi transfer Bakıya gəldi: sabah 3 illik müqavilə imzalanacaq
- “Neftçi”nin yeni transferi: “Atam həmin futbolçunun fanatı olduğu üçün məni belə adlandırıb”
- Şeydayevin yeni klubu müəyyənləşdi
- Yenilənmiş “Araz-Naxçıvan”... ümid verdi
-
23:54
Medina və İsrafilov "Çelsi"yə qarşı oynadı
-
23:31
Cüdo məşqçiliyi üzrə sertifikat proqramına başlanılıb
-
23:07
Namiq Ələsgərov “Kəpəz”də
-
19:48
Güləşçilərimiz Buxarestdə 5 medal qazanıblar
-
19:25
I Liqa klubundan “Kəpəz”ə
-
18:56
Qurban Qurbanovun mətbuat konfransının vaxtları müəyyənləşdi
-
18:33
Valdas Dambrauskas: “Sabah tarix yazmaq istəyirik”
-
18:19
“Qəbələ” braziliyalı müdafiəçi transfer etdi
-
17:42
"Mançester Siti" onu icarəyə verdi
-
17:00
Azərbaycanı Avropa çempionatında 13 boksçu təmsil edəcək
-
16:24
"Karvan-Yevlax" daha bir futbolçunu heyətinə qatdı
-
16:11
Boyan Letiç "Araz-Naxçıvan"da
-
15:57
Azərbaycan klubu Daniel Çexlə güclənib
-
15:38
Valensiya "Boka Xuniors"a keçdi
-
15:05
"Karvan-Yevlax"dan növbəti transfer
-
14:46
Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlandı
-
14:23
Ağadadaş Salyanski “Araz-Naxçıvan”da
-
13:59
“Səbail” Boluya yollandı
-
13:32
PFL Premyer Liqanın sponsorunu açıqladı
-
13:14
“Sumqayıt” - “Neftçi” oyununun yeri dəyişdi
-
13:00
Çimərlik voleybolçularımız Türkiyədə beynəlxalq turnirdə iştirak edəcəklər
-
12:41
“Sumqayıt”dan Hindistana üz tutdu
-
12:27
İki boksçumuz Qazaxıstanda qızıl medal qazanıb
-
12:15
"Sabah"ın rəqibi Bakıya gəldi
-
11:58
“İmişli”ni “Dnepr”ə dəyişdi
-
11:36
Cüdoçularımız Almatıda təlim-məşq toplanışında iştirak edir
-
11:03
Kostyuk: “Qarabağ” yaxşı müdafiə olunur”
-
10:42
Cəlal oynadı, komandası qalib gəldi
-
10:29
Bayramov "Bursaspor"da rəsmi debüt etdi
-
10:14
Duran Şotlandiya çempionatında ikinci oyuna çıxdı
-
09:51
“Dinamo” Bakıya qələbə ilə gəlir
-
09:30
Cüdoçularımız Avropa Kubokunu 7 medalla başa vurublar
-
20:15
Elvin Cəfərquliyevin durumu bəlli oldu
-
19:41
Ramil Şeydayev: “Azərbaycan millisini seçdiyimə peşman deyiləm”
-
18:29
“Turan Tovuz”dan növbəti transfer
-
13:56
Yuri Maksimov: "Qarabağ" mənə bir qədər "Şaxtyor"u xatırlatdı"
-
13:00
"Barselona" - "Nottingem Forest" matçında tək qol VİDEO
-
12:32
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:14
"Real" "Ferentsvaroş"a qalib gəldi VİDEO
-
11:47
"Turan Tovuz"dan ayrıldı, "Rusenborq"a keçdi
-
11:23
"Qalatasaray" öz meydanında "Vilyarreal"la bacarmadı VİDEO
-
11:08
Azərbaycan və Dünya Atletikası arasında əməkdaşlıq müzakirə edilib
-
10:55
Voleybol millimiz Bakıda iki yoxlama oyunu keçirib
-
10:31
Ramon Maçadonu yeni klubu müəyyənləşdi
-
10:19
Nuriyev oynadı, komandası uduzdu
-
10:00
Azərbaycan cüdoçusu Avropa Kubokunda bürünc medal qazanıb
-
18:00
"Arsenal"dan növbəti transfer
-
17:35
Messinin atası vəfat edib
-
16:08
Koxalski “Qarabağ”dan ayrılmağa yaxındır
-
15:26
Qızlardan ibarət basketbol millimiz Estoniyaya qalib gəlib
10.08.2026
09.08.2026
08.08.2026
























