2 Oktyabr 2026, Cümə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Digər idman növləri

Azərbaycanın 30 güləşçisi Gimnaziadada mübarizə aparacaq

Aprelin 5-dək 12-dək Serbiyanın Zlatibor şəhərində keçiriləcək ISF U15 Gimnaziada İdman Oyunlarında Azərbaycanın 30 güləşçisi mübarizə aparacaq.

Futbolxeber.az saytına bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Aprelin 6-da məşqçilər Namiq Quliyev və Elşad Allahverdiyevin rəhbərliyi altında Elman İsmayılov (38 kq), Hüseyn Rzazadə (41 kq), İbrahim Həsənov (44 kq), Tamerlan Namazlı (48 kq), Fərid Hüseynli (52 kq), Elcan Həsənov (57 kq), Məhəmməd Həsənli (62 kq), Xəyal Şükürlü (68 kq), Elvin Necəfzadə (75 kq) və Tural Eynullayev (85 kq) sərbəst güləşçilərin yarışında çıxış edəcək.

Növbəti gün məşqçilər Həsrət Məmmədyarovla Solmaz Adilovanın rəhbərliyi altında qızlar xalçaya çıxacaq. Heyətdə Gülay Xasməmmədova (33 kq), Gülxanım Şirinova, Vidan Babayeva (hər ikisi 39 kq), Gülnar Ağadadaşova (42 kq), Məryəm Hacıyeva (46 kq), Günel Kərimli (50 kq), Məryəm Əmrəli (54 kq), İnci Abdullayeva (58 kq), Rəna Nuriyeva (62 kq) və Simurə Abdullayeva (66 kq) yer alıb.

Aprelin 8-də isə məşqçilər Əbilfət Məmmədovla İlham Vezirovun rəhbərliyi altında yunan-Roma güləşçiləri mübarizə aparacaq. Bu yarışda Hüseyn Əmrahlı (38 kq), Əli Cavadlı (41 kq), Amin Məmmədov (44 kq), Abdurrahman Hüseynli (48 kq), Qurban Məcnunov, Hüseyn Mustafazadə (hər ikisi 52 kq), Eldəniz Allahverdiyev (57 kq), Əli Məmmədov (68 kq), İsfahan Həsənov (75 kq) və Zöhrab Səfərov (85 kq) uğur qazanmağa çalışacaq.

Gimnaziadada güləş yarışları 6-8 aprel tarixlərində baş tutacaq. Görüşlər hər gün Bakı vaxtı ilə saat 12:00-da başlayacaq. Gimnaziadada II dərəcəli hakim Eldar Məmmədov ədaləti qoruyacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31