22 Fevral 2026, Bazar günü
Saşa İliç 1 xalı qənaətbəxş sayır
Kurban Berdiyevdən qələbə şərhi
“Komandada çaşqınlıq var idi”
Millimiz darmadağın oldu

Digər idman növləri

Gəncədə AVF-nin “1-ci dərəcə” məşqçi kursu start götürüb

Azərbaycan Voleybol Federasiyasının (AVF) məşqçi-müəllimlər üçün təşkil etdiyi növbəti “1-ci dərəcə” məşqçi kursu Gəncə şəhərində start götürüb.

Futbolxeber.az saytının məlumatına görə, Gəncə Olimpiya İdman Kompleksində keçirilən və yanvarın 20-dək davam edəcək kursda Gəncə ilə yanaşı, ətraf rayon və şəhərlərdən 19 məşqçi-müəllim iştirak edir.

Nəzəri və praktik hissələrdən ibarət dərslər AVF-nin Təlim və aşağı yaş qruplarının rəhbəri Cengiz Akarçeşme tərəfindən keçirilir. İştirakçılara AVF-nin Təlim və aşağı yaş qrupları üzrə iş şöbəsinin koordinatoru Nərgiz İsmayılova idman təhlükəsizliyi barədə də ətraflı məlumat verəcək. Sonda təşkil olunacaq imtahandan uğurla keçəcək mütəxəssislər AVF-nin “1-ci dərəcə” sertifikatını alacaqlar.

Qeyd edək ki, federasiya tərəfindən ötən il Qəbələdə, Sumqayıtda və Bakıda “1-ci dərəcə” məşqçi kursları keçirilib. AVF Bakıda və digər bölgələrdə ikinci və üçüncü dərəcəli kurslar da təşkil edəcək. “1-ci dərəcə” sertifikatı almış məşqçi-müəllimlər yerli çempionatlarda məşqçilik edə biləcəklər. Hər üç dərəcəni alacaq mütəxəssislər isə FIVB-nin Level-1 seminarında iştirak hüququ qazanacaqlar.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28