2 Noyabr 2026, Bazar ertəsi
“Neftçi” liderliyi ələ keçirdi
Yuri Vernidubdan qələbə şərhi
Bekiri: "1 xal qazanmağa layiq idik"
Qurbanov: “Yüz faiz cəzalanacaqlar”

Digər idman növləri

Federasiya rəsmiləri Qəbələyə səfər etdilər

Azərbaycan Güləş Federasiyası (AGF) qarşısında duran prioritet məsələlərdən biri regionlarda infrastrukturun yaxşılaşdırılmasıdır.

Futbolxeber.az saytının məlumatına görə, bu məqsədlə son illər ölkə güləşində mühüm klublardan birinə çevrilən “Qəbələ” İdman Klubu federasiya tərəfindən zəruri inventarla təmin edilib.

Bu gün AGF-nin Hakimlər Kollegiyasının sədri Qərib Əliyev və Regionlar üzrə əlaqələndirici Elfaq Səfərov Qəbələ şəhərinə yollanıb. Klubun güləş bölməsində yaradılmış şəraitlə tanış olan federasiya rəsmiləri məşqçilərlə görüşüb, onlara gələcək fəaliyyətində uğurlar arzulayıb və idmançılara öz tövsiyələrini çatdırıblar.

Qeyd edək ki, “Qəbələ” İK-da məşqçi-müəllimlər Fərid Mustafayev (sərbəst güləş) və Ruhin Mikayılovun (yunan-Roma güləşi) rəhbərliyi altında 70-dən artıq yeniyetmə güləşlə məşğul olur.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30