10 Oktyabr 2026, Şənbə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Digər idman növləri

Cüdoçularımız Özbəkistanda beynəlxalq təlim-məşq toplanışında iştirak edirlər

Azərbaycan cüdoçuları Özbəkistanın paytaxtı Daşkənddə keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edirlər.

Futbolxeber.az saytının məlumatına görə, hazırlıq prosesi sentyabrın 7-dək davam edəcək.

Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutan toplanışa Azərbaycan, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Tacikistan, Qırğızıstan, Türkiyə, Finlandiya, Yunanıstan, Moldova, Küveyt, Tanzaniya və İsraildən 400-ə yaxın idmançı qatılıb.

Hazırlıq prosesində Azərbaycanın cüdo üzrə böyüklərdən ibarət milli komandasının 27 üzvü yer alıb.

Cüdoçulara ACF-nin vitse-prezidenti Elnur Məmmədli başda olmaqla böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyüklərdən ibarət yığmanın böyük məşqçiləri Mehman Əzizov və Slavko Tekiç rəhbərlik edir.

Toplanış 22-24 sentyabrda Bakıda keçiriləcək Böyük Dəbilqə tunirinə və Fransanın Monpelye şəhərində keçiriləcək böyüklər arasında Avropa çempionatına hazırlıq məqsədi daşıyır.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31