1 Noyabr 2025, Şənbə
X turun hakim təyinatları açıqlandı
Millimiz Banqladeşə gedir
"Qarabağ" "İmişli"yə qarşı
"Kəpəz" 10 min manat cərimələndi

Digər idman növləri

İranlı idmançı Almaniyadan sığınacaq istədi

İranlı xizəkçi Atifə Əhmədi Almaniyadan sığınacaq istəyib.

Futbolxeber.az saytının GünAzTV-yə istinadən verdiyi məlumata görə, 2022-ci il Pekin Qış Olimpiya Oyunlarının yeganə iranlı qadın iştirakçısı özü bu barədə açıqlama verib. 

Türkiyədə keçirilən beynəlxalq dağ xizək yarışlarında beş Asiya medalı qazanan və bir neçə beynəlxalq turnirin qalibi olan Əhmədi mühacirət səbəbinin İranda qadınlara qarşı təzyiqlər, ayri-seçkilik və məcburi hicab qaydaları ilə bağlı olduğunu deyib.

Qeyd edək ki, son illər müxtəlif idman növlərində medallar qazanan İran millisinin üzvləri xarici ölkələrə sığınıblar. Əvvəllər bu, hökumətin idman sahəsinə və çempionlara lazımınca diqqət ayırmaması ilə əlaqədar olurdusa, son vaxtlar daha çox ölkədə etirazçılara qarşı repressiyaların artmasından qaynaqlanıb.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30