5 Avqust 2026, Çərşənbə
“Şamaxı” “Qəbələ”yə qalib gəldi
Yunuszadə Türkiyə klubunda
Şeydayevin yeni klubu müəyyənləşdi
“Sumqayıt”da braziliyalı hücumçu

Digər idman növləri

Kişi şahmatçılar arasında Azərbaycan çempionu məlum oldu

Kişi şahmatçılar arasında Azərbaycan çempionatının qalibi məlum olub.

Futbolxeber.az saytının məlumatına görə, bu gün həlledici mərhələdə tay-brek görüşləri oynanılıb. 

Finalın ilk rapid mübarizəsində ağ fiqurlarla oynayan Vasif Durarbəyli rəqibi Vüqar Əsədlini məğlub edib. İkinci görüşdə də qələbə qazanan Vasif Durarbəyli Azərbaycan çempionatının qalibi olub.

Bu, Durarbəylinin karyerasında ikinci ölkə çempionluğudur. İlk dəfə 2021-ci ildə şahmatçı Azərbaycan çempionatında birinci yeri tutub. 

Üçüncü yer uğrunda görüş Eltac Səfərli - Məhəmməd Muradlı arasında keçirilib. İlk rapid oyunu heç-heçə başa çatıb. İkinci oyunda ağ fiqurlarla mübarizə aparan Eltac Səfərli rəqibini məğlub etməklə bürünc medala sahib çıxıb.

Qeyd edək ki, çempionatın ümumi mükafat fondu 25 min manat təşkil edir. Çempion 10 min manat pul mükafatı qazanıb.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31