8 Avqust 2026, Şənbə
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu
"Qarabağ" Polşaya yollandı

Digər idman növləri

“Bakı-2015” ilk Avropa Oyunlarına velosipedlə” yürüşündə iştirak edən xorvatiyalı idmançılar İstanbula çatıblar

“Bakı-2015 ilk Avropa Oyunlarına velosipedlə” layihəsi çərçivəsində mayın 5-də Dubrovnik şəhərindən yola düşən Xorvatiyanın “Pedalinac” velosiped klubunun üzvləri artıq İstanbuldadırlar. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, yürüş iştirakçılarını Azərbaycanın İstanbuldakı baş konsulluğunun konsulu Kənan Murtuzov və media nümayəndələri qarşılayıblar.

Azərbaycanın Xorvatiyadakı səfirliyinin təşkilatçılığı və Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə həyata keçirilən layihə birinci Avropa Oyunlarının təbliği məqsədini daşıyır.

Layihəyə əsasən xorvatiyalı velosipedçilər 4000 kilometr məsafəni 35-40 gün ərzində qət etməyi planlaşdırırlar. Artıq yolun üçdəbiri qət olunub.

Mayın 20-də yürüş iştirakçıları Bakı istiqamətində hərəkətə başlayacaqlar. Velosipedçilər Gürcüstan ərazisindən keçərək Azərbaycana gələcəklər. Yürüş iştirakçılarının iyunun 10-dək Bakıya çatacaqları gözlənilir.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31