14 Noyabr 2026, Şənbə
Rövşən Nəcəf millimizi təbrik etdi
Millimiz Lixtenşteynə qalib gəldi
Krivostyuk heyətdən çıxarıldı
13-cü turun oyun cədvəli açıqlandı

Xarici futbol

Dadaşovun komandası 13 gün sonra yekunlaşan görüşdə qələbə qazandı

Ukrayna Premyer Liqasında 11-ci turun yarımçıq qalmış oyunu keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun şərəfini qoruduğu "Bukovina" səfərdə “Livyi Bereq”in qonağı olub. Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Dadaşov əvvəldən sona kimi komandasının qalib gəldiyi görüşü ehtiyat oyunçular skamyasından izləyib.

Xallarının sayını 13-ə çatdıran “Bukovina” turnir cədvəlində səkkizinci pilləyə yüksəlib.

Xatırladaq ki, bu qarşılaşma noyabrın 1-də start götürmüşdü. Lakin ilk hissədən sonra Kiyevdə hava həyəcanı siqnalı verildiyi üçün matç yarımçıq saxlanılmışdı.  

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30