10 Oktyabr 2026, Şənbə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Ölkə futbolu

AFFA Əliyar Ağayevi cəzalandırdı - FOTOFAKT

AFFA Əliyar Ağayevi cəzalandırıb.

Futbolxeber.az saytının məlumatına görə, FİFA referisinin “Turan Tovuz”la oyunda buraxdığı səhvlər cəzasız qalmayıb.

Düzdür, hələlik Ağayevin neçə oyun cəzalandırıldığı məlum deyil. Lakin onun cəzalanmasını sübut edən fakt daha əvvəl aldığı təyinatın ləğv olunmasıdır.

Belə ki, aprelin 4-də Azərbaycan Premyer Liqasında 26-cı turun oyunları üçün hakim təyinatları açıqlanarkən Əliyar Ağayev “Qarabağ” - “Karvan-Yevlax” matçına təyinat almışdı. FİFA referisi bu matçda AVAR-da olmalı idi.

Lakin Əliyar Ağayev hazırda ilk hissəsi oynanılan matçda iş başında deyil. Görüşün protokolundan da göründüyü kimi, bu matçda AVAR-da Tural Qurbanovdur.Maraqlıdır ki, bu görüşün hakim-inspektoru da Rəhim Həsənovdur. Hansı ki, bir neçə saat əvvəl məhz o, Əliyar Ağayevin “Turan Tovuz” - “Zirə” matçında meydan sahiblərinin iki penaltisini vermədiyini açıqlamışdı.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31