24 Noyabr 2026, Çərşənbə axşamı
Andrey Arşavin Bakıya gəlib
“Sumqayıt” Murata ilə vidalaşdı
Premyer Liqamızda yeni rekord
Vernidub qələbəni şərh etdi

Xarici futbol

CAS Seneqalı çempion elan etdi

İdman Arbitraj Məhkəməsi (CAS) Afrika Millətlər Kubokunun finalı ilə bağlı Seneqal Futbol Federasiyasının apellyasiya şikayətini təmin edib.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə qurumun yaydığı açıqlamada bildirilib.

CAS Afrika Futbol Konfederasiyasının (CAF) Apellyasiya Komitəsinin Seneqal millisinə 0:3 hesablı texniki məğlubiyyət verilməsi barədə qərarını ləğv edib. Final matçının 1:0 hesablı nəticəsi qüvvədə saxlanılıb.

Beləliklə, Seneqal millisi Afrika Millətlər Kubokunun qalibi olub.

Xatırladaq ki, bu il yanvarın 18-də Seneqal və Mərakeş milliləri arasında keçirilən final qarşılaşmasının 90+9-cu dəqiqəsində baş hakim Jan-Jak Nqambo Ndala mərakeşlilərin xeyrinə penalti təyin edib. Qərara etiraz edən seneqallı futbolçular meydanı tərk ediblər. Oyunda 15 dəqiqədən çox fasilə yaranıb. Daha sonra Seneqal millisinin kapitanı Sadio Mane komanda yoldaşlarını meydana qayıtmağa razı salıb.

Qarşılaşmanın əlavə vaxtında Seneqal millisinin yarımmüdafiəçisi Pap Geye matçın yeganə qolunu vurub. Lakin sonradan Seneqala 0:3 hesablı texniki məğlubiyyət verilib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30