Ölkə futbolu
Hamı yaxşı, bircə Əliyar pisdir?
Gözlənildiyi kimi, AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov “Turan Tovuz” - “Zirə” oyununun baş hakimi Əliyar Ağayevin kubok matçında səhvə yol verdiyini, Tovuz klubunun lehinə iki penaltinin təyin olunmadığını açıqladı. Əslində, Həsənovun məhz bu cür açıqlama verəcəyi gözlənilən idi.
Birincisi, Rəhim Həsənov hakim olduğu vaxtlarda daim Əliyar Ağayevin kölgəsində qalıb. Eyni vaxtda FİFA referisi olsalar da, təyinat aldıqları oyunlar arasında böyük uçurum olub. Əliyar Ağayevin baş hakim olduğu matçlarda Rəhim Həsənov dördüncü hakim funksiyasını yerinə yetirib. Ümumiyyətlə, Əliyar Ağayev Çempionlar Liqasında oyun idarə etsə də, Rəhim Həsənov karyerası ərzində cəmi 8 dəfə beynəlxalq təyinat alıb. UEFA-nın Regionlar Kubokundan tutmuş maksimum Avroliqanın I təsnifat mərhələsi matçlarına qədər. O da Bosniya və Hersoqovina, Andorra kimi futbolu inkişaf etməyən ölkələrin klubların oyunlarına. FİFA referisi statusu almasına, ölkə daxilində bir çox vacib matçları idarə etməsinə baxmayaraq, qitə futbol qurumu heç vaxt Həsənova normal təyinat verməyib. Bunun səbəbini anlamaq üçün də Məşədi İbad demiş, “Tarixi Nadiri” yarıya qədər oxumağa ehtiyac yoxdur. Bir sözlə, daim Ağayevin kölgəsində qalan Həsənov indi hər fürsətdə sabiq həmkarından əvəz çıxmağa, onu gözdən salmağa çalışır.
İkinci məsələ “Şamaxı” - “Neftçi” matçında verilən penaltidir. Mustafa Sekin kobud oynadığı iddia olunan epizodla Ruan Renatonun vəziyyəti oxşardır. Belədə Həsənov Əliyar Ağayevin doğru qərar qəbul etdiyini açıqlasaydı, ortaya Şamaxıdakı oyunla bağlı saysız suallar çıxacaqdı, yenidən “Neftçi” azarkeşlərinin “hücumuna məruz qalacaqdı”.
Üçüncü məqam isə ən vacibidir. Söhbət bu məsələnin “Sabah”a və ya “Qarabağ”a aidiyyətinin olmamasından gedir. Hər nə qədər çoxları qəbul etməsə də, reallıqdır ki, AFFA rəhbərliyində dəyişiklikdən sonra iki ildir hakimlər çətin vəziyyətdə “Sabah”a kömək edirlər. Bəli, bu mövsüm paytaxt klubu baxımlı futbol sərgiləyir, inamlı təsir bağışlayır. Lakin “Neftçi”, “Qəbələ” və digər oyunlar var ki, “Sabah” həmin görüşlərdə məhz hakimlərin “səhvləri” nəticəsində xal və xallar qazanıb. Odur ki, and içə bilərəm, amma sübut edə bilmərəm ki, eyni epizod “Sabah”ın qapısında olsaydı, Rəhim Həsənov Əliyar Ağayevi məcburən “haqlı” çıxaracaqdı. “Zirə”nin lehinə olan səhvi etiraf etməyə nə var ki... Oğul odur “Sabah”ın lehinə olan səhvi etiraf etsin.
“Qarabağ”ın da adını ona görə çəkdik ki, Ağdam klubu hazırda “Sabah”ın çempionluğuna mane ola biləcək yeganə komandadır. Gəl ki, hakimlər buna imkan vermirlər. Çox uzağa getmək lazım deyil. Elə “Kəpəz” - “Qarabağ” oyununda verilməyən penalti bariz nümunədir. Həmin epizodda penalti olduğu Bakıdan da görünürdü. Gəl ki, bunu Yevlaxda nə Rauf Cabarov “gördü”, nə də VAR. Yəni sözümüzün canı odur ki, burada məsələ Əliyar məsələsi deyil. Bəli, Ağayev “Turan Tovuz”un penaltilərini vermədi. Amma bu mövsüm yeganə səhv edən hakim məgər Əliyar Ağayevdir? Guya başqaları aydan arı, sudan durudurlar? Bircə Əliyar pisdir, qalanları yaxşı? Təbii ki, yox. Buna qədər Rauf Cabarov da, Kamal Umudlu da, İnqilab Məmmədov da səhvə yol veriblər. Sadəcə burada məsələ kluba görə dəyişir. “Zirə”nin yerində “Sabah”, “Turan Tovuz”un da əvəzinə “Qarabağ” olsaydı, Rəhim Həsənov bu gün Əliyar Ağayevi haqlı çıxaracaqdı. Sadəcə məsələnin birbaşa “Sabah”a aidiyyəti olmadığı üçün Həsənov ədalətli olmaq “qərarına gəlib”. Ay-hay, inandıq...
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
23:53
Millimiz “Antalyaspor”a qalib gəlib
-
23:00
“Neftçi” xal itirdi VİDEO
-
22:35
Vernidub: “Çempion olmaq istəyiriksə, çempion kimi oynamalıyıq”
-
21:29
"Neftçi” ən yaxın izləyicisi ilə oyunda xal itirdi
-
21:17
Orxan Məmmədov Qırğızıstan Futbol İttifaqının vitse-prezidenti ilə görüşdü
-
20:06
"Kəpəz"in "Araz-Naxçıvan"ı məğlub etdi VİDEO
-
19:41
"Neftçi" - "Sabah": Heyətlər müəyyənləşdi
-
18:52
NBA-nın ulduzu “Atletiko”nun sahiblərində biri oldu
-
18:34
Dünyanın ən çox maaş alan məşqçisi oldu
-
18:18
Batut və tamblinq gimnastikası üzrə növbəti Azərbaycan birinciliyi keçiriləcək
-
18:00
Ölkə kubokunda 3700-cü qol vurulub
-
17:43
Səma Abbasova Avropa çempionatında finala yüksəlib
-
17:25
29 illik məhsuldarlıq rekordu təkrarlanıb
-
17:07
U-15 millimizin toplanışı olacaq
-
16:53
Azərbaycan kubokunda yeni rekord
-
16:39
Azərbaycan kubokunda I mərhələyə yekun vuruldu
-
16:06
III Beynəlxalq Xankəndi Ultramarafonu: İkinci mərhələnin qalibləri müəyyənləşib
-
15:51
Kiçik kənddə böyük futbol VİDEO
-
15:22
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
-
14:44
“Neftçi” azarkeşləri üçün matçdan öncə fan zona təşkil olunacaq
-
14:18
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
-
13:30
Zelim Kotsoyevdən dünya çempionatına erkən vida
-
12:53
AMADA "Kəpəz" üçün seminar keçirib
-
11:45
Bakı klubu amerikalı legionerlə gücləndi
-
11:27
Olise “Bavariya” tarixinin ən yüksəködənişli futbolçusu ola bilər
-
11:09
Avropa çempionatı: Daha 6 boksçumuz yarımfinalda
-
10:31
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:16
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
-
09:52
PFL "Ayın qolu"nun müəllifini mükafatlandırıb
-
20:16
III Beynəlxalq Xankəndi Ultramarafonunda ilk mərhələnin mükafatçıları müəyyənləşib
-
19:58
AFFA nümayəndəsinə UEFA-dan təyinat
-
19:21
Azərbaycan cüdoçularından tarixi rekord
-
19:00
Fətiyev bürünc medal qazandı
-
18:13
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır
-
17:37
“Səbail” qələbəni əldən verdi
-
16:49
Azərbaycan kubokunda daha 3 komanda mərhələ adladı
-
16:22
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
-
15:55
Milli Xalça Muzeyində cüdo üzrə dünya çempionatına həsr olunmuş sərgi açılıb
-
15:16
VII turun hakim təyinatları
-
15:00
İspaniya millisinin sabiq üzvü 40 yaşında futbola qayıdır
-
14:28
“Sumqayıt”ın legioneri: “Çempionat daha maraqlı və gərgin keçir”
-
13:51
"Səbail" kamerunlu vinger transfer etdi
-
12:43
Qaşim Maqomedov Paris Qran-prisində mübarizə aparacaq
-
11:07
Avropa çempionatı: İki boksçumuz yarımfinalda
-
10:29
Sərtan Taşkın yenidən Azərbaycan klubunda
-
09:52
“Şahdağ Qusar”dan darmadağın
-
19:51
Millimiz "Antalyaspor"la yoldaşlıq oyunu keçirəcək
-
18:38
Dünya çempionatında 23 güləşçimiz mübarizə aparacaq
-
18:16
Elxan Səmədov “Ayın qolu”nun qalibini mükafatlandırdı
-
17:29
Azərbaycan kubokunda yeni mövsüm start götürdü: 2 oyunda 18 qol
09.10.2026
08.10.2026
07.10.2026
























