Ölkə futbolu
Saşa İliç: “Neftçi” kimi komandalar bu cür səhvləri bağışlamır”
"Neftçi"ni təbrik edirəm. Oyunun gedişində bir neçə səhv buraxdıq. Nəticədə də uduzduq".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Saşa İliç Azərbaycan Premyer Liqasının 26-cı turunda “Neftçi”yə 1:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.
Daha sonra serb mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
- "Sumqayıt" artıq 10 matçdır ki, qalib gələ bilmir. İstefa haqda fikirləşirsiniz?
- Bilirsiniz, mənim haqqımda qərarları rəhbərlik verir. Hansısa problem yoxdur. Biz futbolçulara tapşırıqlarımızı veririk. Məsələn, Səbuhi Abdullazadəyə deyirik ki, meydançanın mərkəzində səhv etmək olmaz, ancaq bu, hər oyunda təkrarlanır.
- Sizinlə Səbuhi Abdullazadə arasında problem var?
- Xeyr, tək Səbuhi ilə bağlı problem yoxdur. Bu gün Səbuhi, sabah Masaka, ondan sonrakı gün Ninkoviçd’ də baş verə bilər. Bir nəfərə deyilirsə, digərləri də başa düşməlidir. Çünki "Neftçi" kimi komandalar bu cür səhvləri bağışlamır.
- Əslində, "Sumqayıt"ın "Kəpəz", "Qəbələ" və ya "Karvan-Yevlax"a qarşı matçlarda da yaxşı oynadığını demək olmaz. Nəyə görə belədir?
- "Kəpəz"ə qarşı oyunumuza baxmısınız? Komandamın buraxdığı qolları izləmisiniz?
- Bəs futbolçular səhv edirsə, o zaman baş məşqçinin buradakı rolu nədir?
- Premyer Liqada 4-5 komanda var ki, bizi səviyyə baxımından üstələyir. Buraxdığın səhvlər də nəticəyə birbaşa təsirini göstərir. Biz maksimumuza ötən ilin noyabrında çatmışdıq. Xatırlayıram, liqanın birinci yarısında heç kim sual vermirdi ki, necə olur bu cür qələbələr qazanırsınız? Futbolda belə nəticələr olur. Maksimuma çatdıq və irəliləmək üçün addımlar lazım idi. Rəhbərliklə danışdıq, bəzi transferlər baş tutmadı. İndi isə gənclər özlərini göstərməlidir ki, yeni mövsüm əsas heyətdə olsunlar və ya başqa klublara keçə bilsinlər.
- Bunların hamısı aydındır. Siz özünüz baş məşqçi kimi nələri səhv etdiyinizi düşünürsünüz?
- Mənim məsuliyyətimdə olan məsələ kollektiv matça hazırlamaq, buraxdığımız səhvlər üzərində işləməkdir. Futbolda hansı komanda səhv edir, o da uduzur. Ən böyük problem odur ki, biz asan səhvlərdən qollar buraxırıq. Halbuki məşqlərdə səhvlərimiz üzərində işləyirik. Lakin çıxırıq növbəti matça, yenə də həmin səhv... "Qarabağ" eyni heyətlə nə qədər irəliləyə bilər? Hər zaman rotasiyalar lazımdır.
- Sanki Səbuhi Abdullazadə oynamaq niyyətində deyil. Bu futbolçunu meydana buraxmağı düzgün hesab edirsiniz?
- Mənim üçün inanılmazdır. Axı özüm də futbolçu olmuşam. Başa düşə bilmirəm ki, necə oynamaq istəməyə bilərsən? Axı, bu, anormaldır. Səbuhi bu klubun yetirməsidir. Onun oynamamaq istəməməsinə inanmıram.
- Rəhbərlik yeni müqavilə təklif edərsə, hansı qərarı verəcəksiniz?
- Komanda nəticə qazanmaq niyyətindədirsə, hamı birlik olub, strategiyaya doğru işləməlidir. Mən demirəm ki, bütün səhv futbolçulardadır, hamının səhvi var. Siz deyən məsələ haqda isə danışmaq istəmirəm. Çünki indi bunun vaxtı deyil.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Millimizə Andorra ilə oyuna görə texniki məğlubiyyət veriləcək?
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- 13-cü turun oyun cədvəli açıqlandı
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Avro-2028: Millimiz 5-ci səbətdə
- Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
- Xankəndidə vurulan qollar
- Millimiz FIFA reytinqində irəlilədi
- Kipr - Monteneqro matçında 5 qol
- Millimizin qələbəsi
- Almaniya Niderlandı darmadağın etdi
- "Arsenal" büdrədi
-
18:56
CAS Seneqalı çempion elan etdi
-
18:14
Boksçumuz ardıcıl üçüncü dəfə Avropa çempionu oldu
-
18:00
UEFA Regionlar Kuboku: "Zəngəzur" yenə darmadağın oldu
-
17:45
Bakı Futbol Federasiyası tərəfindən təşkil olunan növbəti məşqçi kursuna start verilib
-
16:33
“Turan Tovuz”dan paylaşım: “Bu oyun əzəli rəqiblərin, əbədi dostların görüşüdür!” VİDEO
-
15:59
Güləşçimiz üç il müddətinə cəzalandırılıb
-
15:27
İngilis müdafiəçi “Mançester Yunayted”in hədəfində
-
14:41
I Liqada hakim təyinatları
-
14:02
Qarabağa səfər, tarixi şəhərdə futbol günü VİDEO
-
13:38
Murad Məmmədov Konfrans Liqasına sifariş edildi
-
13:16
Qərb derbisinin biletləri satışda
-
12:54
Karyerasını “Arsenal”da davam etdirmək istəyir
-
11:45
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:23
Azərbaycan Cüdo Federasiyası yeni imic filmini təqdim edib
-
11:00
Andrey Ştoqrin: “Lider olmağımız bizi daha da motivasiya edir”
-
10:39
"Fiorentina"dan böyük hesablı məğlubiyyət VİDEO
-
10:17
İlin ən yaxşı gənc oyunçusu oldu
-
09:51
"Başakşehir"dən möhtəşəm geridönüş VİDEO
-
23:32
“Neftçi” - “Zirə” oyununun biletləri satışda
-
23:14
Cüdo Federasiyası imtahan keçirib
-
23:00
"Zirə" "Neftçi" ilə oyunun hazırlıqlarına başladı FOTOLENT
-
18:29
Bakıda yeniyetmə və gənc stolüstü tennisçilərin ölkə kuboku yarışı start götürüb
-
17:58
II Liqada 2 oyunda 5 qol
-
17:13
Basketbol Federasiyası ilə ASA arasında əməkdaşlıq memorandumu imzalanıb
-
16:35
Azərbaycan millisinə 27 futbolçu çağırıldı
-
16:07
Elvin Bədəlov: “Əsas “Neftçi”nin qələbəsidir”
-
15:41
“Kəpəz”in futbolçusu 100-ə çatdı
-
14:54
Avro-2028-in əsas favoriti açıqlandı
-
14:22
“Sumqayıt” Murata ilə vidalaşdı
-
14:00
Mamadu Kane: “Neftçi” əvvəl də güclü idi, indi də”
-
13:36
Kamal Umudlu UEFA Gənclər Liqasının oyununa təyinat alıb
-
13:19
"Liverpul"dan "Mançester Yunayted"ə 4 cavabsız qol VİDEO
-
12:48
Füzuli Məmmədov: “Bütün fikrimlə, ürəyimlə “Şahdağ”dayam”
-
12:23
Qurban Qurbanov baş məşqçi kimi 900-cü oyununa çıxıb
-
12:05
Azərbaycan Premyer Liqası: cari mövsümdə ilk
-
11:51
Volkov üçün yubiley qolu
-
11:37
İki boksçumuz U-23 Avropa çempionatında finala vəsiqə qazanıb
-
11:14
"Beşiktaş" Konyadan 3 xalla qayıtdı VİDEO
-
11:00
Qustavo Klisman: “Açığı, zərbə vurmurdum, asma edirdim”
-
10:42
"Trabzonspor"dan tək qollu qələbə VİDEO
-
10:29
Toral yenə əsas heyətə düşə bilmədi
-
10:16
"Yuventus" ikinci hissədə coşdu VİDEO
-
10:08
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:53
"Atalalanta" - "İnter" matçında triller VİDEO
-
09:35
Renat Dadaşovun komandasından qələbə
-
09:21
"Milan"dan darmadağın VİDEO
-
21:17
Premyer Liqamızda yeni rekord
-
20:35
Gəncədə qalib aşkarlanmadı VİDEO
-
20:00
Qurban Qurbanov: “Beş oyundur qalib gələ bilmiriksə, bu, problemdir”
-
19:49
Nəriman Axundzadə bu dəfə də ehtiyatda qaldı
24.11.2026
23.11.2026
22.11.2026
























