Ölkə futbolu
Vernidub: “Əlimi ürəyimin üstünə qoyub həmin matçları səbirsizliklə gözləyirəm”
“Neftçi” Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində səfərdə “Sumqayıt”ı 3:1 hesabı ilə məğlub edib.
Futbolxeber.az saytının məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçisi Yuri Vernidub əvvəlcə 1 il əvvəlki acı xatirəsini bölüşüb:
“1 il əvvəl mən Ukraynada, “Krivbass”da çalışırdım. Həmin vaxt 4 apreldə, uşaq meydançasına ballistik raketlə endirilən zərbə nəticəsində 9 azyaşlı həyatını itirdi. Hətta deyim ki, 9 uşaqla yanaşı, 21 böyük də həlak olmuşdu. Vaxt keçsə də, bunu həm mən, həm də bütün Ukrayna xatırlayır. Üzrlü sayın, mən bunu deməyi özümə borc bildim”.
Daha sonra ukraynalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
- Bu oyunda komandanın qalib gəlməsi üçün əvvəlki matçlarla müqayisədə hansısa dəyişiklik etmişdiniz?
- Biz işləyirik. Necə deyərlər, çox səylə çalışırıq. Futbolçularımızın əhval-ruhiyyəsi çox yaxşıdır. Komandada rəqabət böyükdür. Hamı oynamaq istəyir. Ona görə də işim bir qədər asan olur. Mən sadəcə düzgün heyəti seçməliyəm. Mənə qalan odur. Özünüz də gördünüz ki, bu gün “Neftçi” yaxşı performans sərgilədi. 3:1 hesabı ilə qalib gəlsək də, qol vurmaq üçün kifayət qədər şansımız var idi. Buraxdığımız qoldan sonra oyunçular özlərinə gəldilər və tezliklə fərqləndilər. Bu, mənim çox xoşuma gəldi. Ardınca daha bir qol vurduq. Məşqçi kimi mənim üçün ən önəmli olan budur.
- Aprelə uğurlu start verdiniz. Lakin qarşıda 4 ağır oyun var. Hansı ki, rəqiblərin hamısı - “Araz-Naxçıvan”, “Zirə” və “Qarabağ” avrokuboklar uğrunda mübarizə aparır. Komanda bu gərgin qrafikə neçə faiz hazırdır?
- Mən ayın əvvəlində uşaqlara dedim ki, bizi çox ağır aprel ayı gözləyir. Qarşıda 5 oyunumuz var. “Sumqayıt”la matç geridə qaldı. 11-i “Araz-Naxçıvan”, 17-si “Zirə”, 26-sı və 30-u isə “Qarabağ”Ia qarşılaşacaq. Bu, superdir. Mən əlimi ürəyimin üstünə qoyub həmin matçları səbirsizliklə gözləyirəm. Görmək istəyirəm ki, mənim komandam nəyə qadirdir. Bu oyunları birnəfəsə keçə bilsək, hər şey yaxşı olacaq.
- Emin Mahmudovun son durumu necədir?
- Ondan gözləntilərim böyükdür. Düşünürəm ki, o, 1-2 gün ərzində komanda ilə birgə məşqlərə başlayacaq. Kapitanla oyun bir cürdür, kapitansız fərqli. Hər il keçdikcə, Emin daha da yaxşılaşır. Ona şəfa diləyirik. Mən də, komanda da onu səbirsizliklə gözləyirik.
- Sizin gəlişinizdən sonra “Neftçi” yalnız “Turan Tovuz”a uduzub, turnir cədvəlində özündən aşağıda olan komandalarla görüşlərdə çətinlik çəkmir. İndidən qarşıdakı matçlar üçün xüsusi planınız var?
- Fərqli plan dəqiq olmayacaq. Plan hər zaman birdir – çıx, oyna və ud. Necə olacağını isə Allah bilir.
- Bəs iddialı rəqibləri udmağınıza nə mane olur?
- Hər oyun üçün bir planımız var. Amma indi hamısını deyə bilmərəm (gülür). Biz rəqibləri hissələrə bölürük, zəif və güclü tərəflərini bilirik. Futbolçularımız da bu haqda məlumatlıdırlar. Onların həm A, həm də B planları var.
- Bu gün hücumda məcburiyyətdən Varqası oynatdınız, Abubakarı ikinci hissədə meydana buraxdınız. Bu dəyişiklik nədən irəli gəlirdi?
- Varqas artıq iki oyundur hücumçu kimi oynayır. Sambunun hələ də davam edən problemləri var. Eyni zamanda Abubakarın da səhhətində kiçik problem var idi. İndi-indi özünə gəlir, formasını yığır. Ona görə də hücumçuların işini Varqas görür. Onda bu, pis alınmır. Ardıcıl iki matçdır yaxşı oyun sərgiləyir.
- 2 gündür əksəriyyət “Turan Tovuz” – “Zirə” matçında verilməyən penaltini müzakirə edir. Həmin verilməyən penalti bir tərəfdən Tovuz klubunun haqqının yeyilməsidirsə, digər tərəfdən də “Neftçi”nin irəli getməsinin qarşısı alınır. Çünki komandanız dördüncü yerin sahibi kimi Konfrans Liqasına yollana bilər...
- Hakimlər barədə danışmaq rəhbərliyin, AFFA-nın hüququdur. Yadınızdadırsa, bir dəfə demişdim ki, onlar bizim də xətrimizə dəyiblər. Başa düşürəm ki, hakimlərin qərarları uduzan komanda üçün ağır olur. Mən bütün fikrimi, gücümü öz komandama həsr edirəm. Məni hakimlər Ukraynaya da çox sevirdilər, indi də sevirlər. Qısacası onu deyim ki, mənim işim diqqətimi komandama yönəltməkdir.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
23:53
Millimiz “Antalyaspor”a qalib gəlib
-
23:00
“Neftçi” xal itirdi VİDEO
-
22:35
Vernidub: “Çempion olmaq istəyiriksə, çempion kimi oynamalıyıq”
-
21:29
"Neftçi” ən yaxın izləyicisi ilə oyunda xal itirdi
-
21:17
Orxan Məmmədov Qırğızıstan Futbol İttifaqının vitse-prezidenti ilə görüşdü
-
20:06
"Kəpəz"in "Araz-Naxçıvan"ı məğlub etdi VİDEO
-
19:41
"Neftçi" - "Sabah": Heyətlər müəyyənləşdi
-
18:52
NBA-nın ulduzu “Atletiko”nun sahiblərində biri oldu
-
18:34
Dünyanın ən çox maaş alan məşqçisi oldu
-
18:18
Batut və tamblinq gimnastikası üzrə növbəti Azərbaycan birinciliyi keçiriləcək
-
18:00
Ölkə kubokunda 3700-cü qol vurulub
-
17:43
Səma Abbasova Avropa çempionatında finala yüksəlib
-
17:25
29 illik məhsuldarlıq rekordu təkrarlanıb
-
17:07
U-15 millimizin toplanışı olacaq
-
16:53
Azərbaycan kubokunda yeni rekord
-
16:39
Azərbaycan kubokunda I mərhələyə yekun vuruldu
-
16:06
III Beynəlxalq Xankəndi Ultramarafonu: İkinci mərhələnin qalibləri müəyyənləşib
-
15:51
Kiçik kənddə böyük futbol VİDEO
-
15:22
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
-
14:44
“Neftçi” azarkeşləri üçün matçdan öncə fan zona təşkil olunacaq
-
14:18
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
-
13:30
Zelim Kotsoyevdən dünya çempionatına erkən vida
-
12:53
AMADA "Kəpəz" üçün seminar keçirib
-
11:45
Bakı klubu amerikalı legionerlə gücləndi
-
11:27
Olise “Bavariya” tarixinin ən yüksəködənişli futbolçusu ola bilər
-
11:09
Avropa çempionatı: Daha 6 boksçumuz yarımfinalda
-
10:31
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:16
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
-
09:52
PFL "Ayın qolu"nun müəllifini mükafatlandırıb
-
20:16
III Beynəlxalq Xankəndi Ultramarafonunda ilk mərhələnin mükafatçıları müəyyənləşib
-
19:58
AFFA nümayəndəsinə UEFA-dan təyinat
-
19:21
Azərbaycan cüdoçularından tarixi rekord
-
19:00
Fətiyev bürünc medal qazandı
-
18:13
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır
-
17:37
“Səbail” qələbəni əldən verdi
-
16:49
Azərbaycan kubokunda daha 3 komanda mərhələ adladı
-
16:22
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
-
15:55
Milli Xalça Muzeyində cüdo üzrə dünya çempionatına həsr olunmuş sərgi açılıb
-
15:16
VII turun hakim təyinatları
-
15:00
İspaniya millisinin sabiq üzvü 40 yaşında futbola qayıdır
-
14:28
“Sumqayıt”ın legioneri: “Çempionat daha maraqlı və gərgin keçir”
-
13:51
"Səbail" kamerunlu vinger transfer etdi
-
12:43
Qaşim Maqomedov Paris Qran-prisində mübarizə aparacaq
-
11:07
Avropa çempionatı: İki boksçumuz yarımfinalda
-
10:29
Sərtan Taşkın yenidən Azərbaycan klubunda
-
09:52
“Şahdağ Qusar”dan darmadağın
-
19:51
Millimiz "Antalyaspor"la yoldaşlıq oyunu keçirəcək
-
18:38
Dünya çempionatında 23 güləşçimiz mübarizə aparacaq
-
18:16
Elxan Səmədov “Ayın qolu”nun qalibini mükafatlandırdı
-
17:29
Azərbaycan kubokunda yeni mövsüm start götürdü: 2 oyunda 18 qol
09.10.2026
08.10.2026
07.10.2026
























