10 Oktyabr 2026, Şənbə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Ölkə futbolu

Vensan Abubakar: “Qarşıdakı hər matç "Neftçi" üçün finaldır”

“Komanda çox yaxşı çalışır. Oyundan oyuna özünəinam artır. Bunu vurğulamaq lazımdır. Eyni ruhda davam etməliyik. Qarşıdakı hər matça final kimi yanaşmalıyıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin hücumçusu Vensan Abubakar Azərbaycan Premyer Liqasının 26-cı turunda “Sumqayıt”ı 3:1 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.

“Neftçi TV”yə danışan kamerunlu forvard komandasının qol epizodlarını qaçırmasına belə münasibət bildirib: “Bugünkü matçda 1 hücumçu ilə oynayırdıq. Bunun çətin tərəfləri də var. Hər matçdan sonra səhvlərimizi təhlil edirik. Bunu yaxşılaşdırmaq olar. Məşqlərdə qapı önündə zərbələr üzərinə daha çox işləməliyik”.

Ulduz futbolçu “Neftçi”ni qarşıda “Araz-Naxçıvan”, “Zirə” və “Qarabağ”la 2 matç gözləməsinə də toxunub: “Qarşıdan gələn oyunların hər biri bizim üçün final kimi olacaq. Biz “Neftçi”yik və bunu meydanda göstərməliyik”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31