10 Oktyabr 2026, Şənbə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Ölkə futbolu

Kadidən 40-cı qol

Kadi Borqes “Qarabağ”ın heyətində 40-cı qolunu vurub.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, braziliyalı yarımmüdafiəçi Azərbaycan kubokunun 1/2 final mərhələsinin “Sabah”la qarşılaşmasında (2:2) dubl müəllifi olub. O, bununla da Ağdam klubunda keçirdiyi 123-cü matçda qol sayını “40”a çatdırıb.

Cənubi amerikalı Premyer Liqada 24 (70 oyunda), Azərbaycan kubokunda 6 (14 oyunda), avrokuboklarda 10 (39 oyunda) qola imza atıb. Kadi “Qarabağ”ın tarixində 40 və daha çox qol vuran 18-ci futbolçudur.

Qeyd edək ki, Borqes “Qarabağ”da ilk qolunu 2021-ci il avqustun 12-də Konfrans Liqasının III təsnifat mərhələsinin AEL (Kipr) ilə ev oyununda vurub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31