24 Noyabr 2026, Çərşənbə axşamı
“Sumqayıt” Murata ilə vidalaşdı
Premyer Liqamızda yeni rekord
Vernidub qələbəni şərh etdi
Bekiri: “Qələbəyə layiq idik”

Ölkə futbolu

"Zirə" Azərbaycan Kubokunda 25-ci qələbəsini qazanıb

Azərbaycan Kubokunun 1/2 final mərhələsinin ilk oyunu "Zirə" üçün əlamətdar olub.

Futbolxeber.a­z saytının Peşəkar Futbol Liqasına istinadən verdiyi məlumata görə, səfərdə "Turan Tovuz"a 2:0 hesabı ilə qalib gələn Bakı klubu turnirdə 25-ci qələbəsini qazanıb.

Paytaxt təmsilçisi kubokdakı 43-cü qarşılaşmada "25"ə çatıb. "Zirə" keçirdiyi matçların 58,14 faizində qalib gəlib. Evdə 13 dəfə qələbə qazanan komanda səfərdə 12-ci dəfə sevinib. Bununla da "Zirə" Azərbaycan kubokunun tarixində 25 və daha çox görüşdə qalib gələn 9-cu komanda olub.

Qeyd edək ki, "qartallar" kubokda ilk qələbəsini 2015/2016 mövsümünün 1/8 finalında - 2015-ci il dekabrın 2-də AZAL-a qarşı səfər görüşündə əldə edib – 2:1.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30