2 Oktyabr 2026, Cümə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Ölkə futbolu

UEFA-dan azərbaycanlı referiyə ilk baş hakim təyinatı

FİFA referisi Tural Qurbanov ilk dəfə beynəlxalq oyuna baş hakim kimi təyinat alıb.

Futbolxeber.az saytının məlumatına görə, o, U-17-lər arasında Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundu çərçivəsində keçiriləcək Niderland - Belarus matçını idarə edəcək. T.Qurbanova Asiman Əzizli və şimali makedoniyalı Aleksandar Qyurkovski köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını İlioski Vlatko (Şimali Makedoniya) yerinə yetirəcək.

B Liqasının 7-ci qrupunun son görüşü martın 31-də Türkiyənin Antalya şəhərində yerləşən Mardan İdman Kompleksinin stadionunda keçiriləcək.

Qeyd edək ki, Tural Qurbanov qrupun martın 25-də keçirilən Kosovo - Niderland (0:1) qarşılaşmasının dördüncü hakimi olub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31