Ölkə futbolu
19 illik rəqabətin növbəti hissəsi: “Turan Tovuz”un adı gənc futbolçularımız üçün motivasiyadır”
Gələn həftə Azərbaycan kubokunda II təsnifat mərhələsinin görüşləri keçiriləcək. 12 qarşılaşma arasında bir oyun var ki, xüsusi diqqət çəkir. Söhbət “Dinamo” - “Turan Tovuz” matçından gedir.
Bu qarşıdurma azarkeşlərə nostalji hisslər yaşadacaq. Çünki digər cütlərlə müqayisədə, bu komandalar arasındakı rəqabət təxminən 20 illik zaman kəsiyinə söykənir. Bu illər ərzində komandalar müxtəlif adlarla çıxış etsələr belə...
Tərəflər ilk dəfə 1996-cı ilin 19 oktyabrında üz-üzə gəliblər. Həmin vaxt Tovuz klubu “Turan”, paytaxt təmsilçisi isə “Polis Akademiyası” adlanırdı. İlk görüş “Turan”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Növbəti mövsüm “Polis Akademiyası” adını “Dinamo”ya dəyişən paytaxt klubu 1998-ci ilin 2 fevralında “Turan” üzərində ilk qələbəsini qazanıb - 2:0.
Geridə qalan illər ərzində paytaxt klubu “Polis Akademiyası” və “Dinamo” ilə yanaşı, “Dinamo-Bakılı” və “Bakı” adları ilə də çıxış edib. 2004/2005 mövsümündə Tovuzda baş tutan “Turan” - “Bakı” görüşü qalmaqalla yada qalsa da (paytaxt klubu hakimlərin birtərəfli idarəçiliyinə görə meydanı vaxtından əvvəl tərk etmişdi), bu iki klub arasında münasibətlər həmişə çox yaxşı olub. Bəlkə də çoxları bilmir, lakin Tovuz klubunun maddi baxımdan sıxıntı yaşadığı dövrdə “Bakı”nın prezidenti Hafiz Məmmədov qeyri-rəsmi şəkildə “Turan”a dəstək olub. Bu, təxminən 2010-cu illərə təsadüf edir. Həmin vaxt Tovuz klubuna mərhum Namiq Məstanov rəhbərlik edirdi.
Azərbaycan futbolunda ən təcrübəli şəxslərdən biri, bu gün də “Dinamo”nun prezidenti olan Yaşar Seyidovla söhbətimizə elə bu məqamdan başladıq: “Əlbəttə, tamamilə doğrudur. Bu görüşün favoriti “Turan Tovuz”dur. Hətta demək olar ki, görüşün nəticəsi əvvəldən məlumdur. Bu gün biz II Liqada mübarizə aparırıq, “Turan Tovuz” isə çempionluq uğrunda yarışır. Rəqibin adı bizim gənc futbolçularımız üçün motivasiyadır. Bildiyiniz kimi, “Dinamo”nun əsasını İsgəndər Cavadov adına Bakı Futbol Akademiyasının yetirmələri təşkil edir. Bakı və Bakıətrafı ərazilərdən gənc və perspektivli futbolçuları akademiyaya cəlb edib, onları Azərbaycan futboluna qazandırmağa çalışırıq. “Turan Tovuz”la görüş də həmin gənclər üçün böyük təcrübədir. 17-18 yaşlı futbolçularımız üçün çempionluğa iddialı Tovuz klubuna qarşı oynamaq çox maraqlıdır. Bu cür kollektivlə oyunda hər bir futbolçu özünü yaxşı tərəfdən göstərməyə çalışacaq”.
Yuxarıda qeyd etdiyimiz kimi, təxminən 10-12 il əvvəl Tovuz klubunun çətin vaxtlarında “Bakı” bu komandaya qeyri-rəsmi şəkildə dəstək olmuşdu. Yaşar bəy həmin hadisənin tarixçəsini də danışdı: “Bəli, belə bir məsələ olmuşdu. Sadəcə rəsmi yox, qeyri-rəsmi şəkildə. Artıq üstündən uzun illər keçib deyə, danışmaq olar. Həmin vaxt “Turan”a mərhum Namiq Məstanov rəhbərlik edirdi. Yaddaşım məni aldatmırsa, komanda Premyer Liqadan birinci liqaya düşdüyü vaxt idi. Namiq Məstanov məndən bu məsələni xahiş etdi, mən də onun dediklərini “Bakı”nın prezidenti Hafiz Məmmədova çatdırdım. Sağ olsun Hafiz müəllim, dərhal göstəriş verdi və lazımi maliyyə vəsaiti ayrıldı. Məbləği açıqlamaq istəməzdim, lakin onu deyə bilərəm ki, həmin vaxt komandanın ayaqda qalması, çempionatda çıxışını davam etdirməsi üçün bu, kifayət edirdi. Bilirsiniz ki, Hafiz Məmmədov hər zaman Azərbaycan futbolunun inkişafını arzulayıb. Bu yolda heç nəyi əsirgəməyib. Ölkənin ən yaxşı bazasını inşa etdirmişdi. Hansı ki, uzun illər müxtəlif yaş qrupları üzrə milli komandalarımız “Bakı” Futbol Klubunun təlim-məşq bazasında təmənnasız hazırlıq keçirdilər”.
Bu gün isə vəziyyət fərqlidir. “Dinamo” yalnız dövlət tərəfindən klublara ayrılan vəsaitlə ayaqda durur. Klubun müxtəlif yaş qrupları üzrə aşağı yaş komandaları da var və belədə, təbii ki, həmin vəsait kifayət etmir. Bu məsələ ilə bağlı sualımızda cavabında Yaşar Seyidov ad çəkməsə də, məyusluğu sözlərindən hiss olunur: “Biz o zaman da Azərbaycan futbolunun inkişafı üçün çalışırdıq, bu gün də. Sadəcə fərq ondadır ki, hazırda maddi baxımından sıxıntı yaşayırıq. Dəfələrlə iş adamlarına müraciət etməyimizə baxmayaraq, heç kim uşaq futbolunun inkişafına dəstək vermir. Bugünkü iş adamlarının fərqi budur. Halbuki 2000-ci illərin əvvəlində bir çoxları iş adamları futbola dəstək olurdular. Bu gün bütün müraciətlərimiz cavabsız qalır. Halbuki biz çox şey istəmirik. Bu gün 300-ə yaxın uşaq aşağı yaş qruplarında futbolun sirlərini öyrənir. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, nəinki II, yaxud I Liqa, heç bəzi Premyer Liqa klublarının bu qədər aşağı yaş qrupları üzrə komandaları yoxdur. Gəl ki, sponsoer tapmaq müşkülə çevrilib. Demək olar ki, heç kim futbola yaxın gəlmək istəmir. Ən pisi isə odur ki, vaxtı ilə bizim dəstək olduğumuz, cəmiyyətə nüfuz qazanmalarında rolumuz olan insanlar belə bizdən qaçırlar. Sözsüz ki, biz bundan üzülmürük. Mübarizəmizi davam etdiririk. Dostayevskinin gözəl bir fikri var. Deyir ki, divarı yıxmağa gücümüz çatmırsa, əlbəttə, özümüzü öldürməyəcəyik, amma önümüzdə divar var deye boyun əyməyi də qəbul edə bilmərik...”
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Medina və İsrafilov "Çelsi"yə qarşı oynadı
- "Turan Tovuz" Türkiyə klubunu darmadağın etdi
- Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlandı
- II Liqa klubları narazıdırlar - PFL prezidentinə müraciət olundu - ÖZƏL
- Joni Montiel: “İşimiz baş məşqçini çətinə salmaqdır”
- Azərbaycan klublarının yay transferləri (Yenilənir)
- Nuriyev Macarıstan klubunda
- Azərbaycanda oynamış futbolçu Ermənistan klubunda
- “Zirə”də gözlənilməz ayrılıq
- Konfrans Liqası: “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
- “Neftçi” sifariş vərəqəsini UEFA-ya göndərdi
- “Neftçi” azarkeşlərinin gözlədiyi transfer Bakıya gəldi: sabah 3 illik müqavilə imzalanacaq
- Şeydayevin yeni klubu müəyyənləşdi
- “Neftçi”nin yeni transferi: “Atam həmin futbolçunun fanatı olduğu üçün məni belə adlandırıb”
- Yenilənmiş “Araz-Naxçıvan”... ümid verdi
-
21:24
"Qarabağ" azarkeşlərindən komandaya möhtəşəm dəstək VİDEO
-
18:59
Dünya Güləş Birliyi Bakıdakı tədbiri yüksək qiymətləndirib
-
18:30
Matvey Ponomarenko: “Qarabağ”la oyunda məqsədimiz qələbədir”
-
18:12
"Dinamo"nun baş məşqçisi: "Qarabağ" avrokuboklarda təcrübəlidir"
-
17:45
“Neftçi”də iki yeni müqavilə
-
17:28
“Şəfa” braziliyalı hücumçu transfer etdi
-
17:03
U-20 dünya çempionatında iştirak edəcək güləşçilərimiz açıqlanıb
-
16:36
Hidayət Heydərov və Nizami İmranov Niderlandda Olimpiya Təlim Düşərgəsinə qatılıblar
-
16:11
Dünya çempionatında iştirak edəcək yeniyetmə cüdoçularla görüş keçirilib
-
15:57
"Çelsi"dən müdafiəçi transferi
-
15:24
"Gəncə" türkiyəli mütəxəssislə vidalaşıb
-
15:00
"Xankəndi" klubunda Müşahidə Şurası yaradılıb
-
14:49
"Sabah"ın "Hapoel"lə oyunlarının məkanı və saatı açıqlandı
-
14:12
Qurban Qurbanov: “Yaxşı nəticə qazanmaq istəyiriksə, texniki səhvlər azalmalıdır”
-
13:35
AMADA Azərbaycan Voleybol Federasiyasında maarifləndirici tədbir keçirib
-
12:58
"Şəfa"dan daha 4 transfer
-
12:23
"Orxus"un futbolçusu: "Oyunumuz çox bərbad idi"
-
11:06
"Hapoel" "Sabah"a belə rəqib oldu VİDEO
-
10:41
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:17
Azərbaycan klubu xorvatiyalını transfer etdi
-
09:54
"Sabah"dan 4 cavabsız qol VİDEO
-
09:30
“Turan Tovuz”dan yenilik
-
21:54
“Sabah” "Orxus"u darmadağın etdi
-
21:00
“Neftçi” macarıstanlı yarımmüdafiəçi transfer etdi
-
19:33
"Sumqayıt"dan növbəti transfer
-
19:02
“Sabah” - “Orxus”: Heyətlər açıqlandı
-
17:57
Milevski “Qarabağ” - “Dinamo” oyunundan danışdı: “Müdafiə bərbaddır”
-
17:15
"Neftçi"dən hücumçu transferi
-
16:46
PSJ yapon qapıçı transfer etdi
-
16:21
Ağırlıqqaldırma Federasiyasında antidopinq maarifləndirmə seminarı təşkil olunub
-
16:09
“Kəpəz” heyətini yeni qapıçı ilə gücləndirdi
-
15:34
“Neftçi”dən ayrıldı, yeni klubu müəyyənləşdi
-
15:18
“Sabah” - “Orhus” matçının bütün biletləri satıldı
-
15:00
Polina Rəhimova Avropa çempionatından sonra milli karyerasını başa vuracaq
-
14:23
"Karvan-Yevlax"dan növbəti transfer
-
13:42
“Orhus” Bakıda dəstəksiz qalmayacaq
-
13:05
"Səbail" Bolu toplanışına start verib
-
12:37
“Karvan-Yevlax” legioneri ilə yeni müqavilə imzaladı
-
12:19
"Kəpəz" nigeriyalı yarımmüdafiəçi transfer etdi
-
11:56
Yekaterina Sariyeva Azərbaycan rekordunu yeniləyib
-
10:21
Tahir Gözel: “Bu komandanın potensialına ürəkdən güvənirəm”
-
10:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:48
Andradedən məhsuldar ötürmə
-
23:54
Medina və İsrafilov "Çelsi"yə qarşı oynadı
-
23:31
Cüdo məşqçiliyi üzrə sertifikat proqramına başlanılıb
-
23:07
Namiq Ələsgərov “Kəpəz”də
-
19:48
Güləşçilərimiz Buxarestdə 5 medal qazanıblar
-
19:25
I Liqa klubundan “Kəpəz”ə
-
18:56
Qurban Qurbanovun mətbuat konfransının vaxtları müəyyənləşdi
-
18:33
Valdas Dambrauskas: “Sabah tarix yazmaq istəyirik”
12.08.2026
11.08.2026
10.08.2026
























