Ölkə futbolu
Berdıyevdən uğurlu start
Tovuz stadionu demək olar ki, komanda Premyer Liqaya qayıtdıqdan sonra hər matçda izdihama şahidlik edir. Lakin bu dəfə “Sumqayıt”a qarşı oyuna daha çox maraq olacağı gözlənilən idi. Çünki bu, təcrübəli Kurban Berdıyevin yerli publika ilə ilk görüşü idi. Azərbaycan çempionatındakı debüt matçında “Neftçi” səfərində qazanılan 1 xal tovuzluların təcrübəli mütəxəssisə və komandaya olan inamını artırmışdı...
Matçın başlamasına artıq 1 saat qalmışdan tovuzlu azarkeşlər stadionda yerlərini tuturdular. Tovuz stadionunda yaradılan fan-şopun qarşısında da izdiham var idi. Xüsusən də azyaşlılarla birgə stadiona gələn valideynlər kiçik hədiyyə ilə belə olsa, övladlarını sevindirməyə çalışırdılar.
Digər diqqətçəkən məqam qız övladlarını da stadiona gətirən valideynlər idi. Təbii ki, bölgə stadionunda bu cür mənzərə ilə qarşılaşmaq çox xoşdur.
Matçın startında “Berdıyev, Berdıyev” şüarları qulaq batırırdı. Tovuzlu fanatlar böyük ümidlər bəslədikləri təcrübəli mütəxəssisi ayaqüstə, dayanmadan alqışlayırdılar. Ümumiyyətlə, dünən Tovuz şəhər stadionunda möhtəşəm ab-hava var idi. Fanatlar dayanmadan sevimli komandalarını qələbəyə səslədilər. Əminliklə demək olar ki, “Sumqayıt” üzərində qazanılan 3 xalda 12-ci oyunçu statusunu artıqlaması ilə doğruldan Tovuz publikasının böyük rolu oldu.
Matç barədə qısaca onu deyək ki, ilk hissədə “Turan Tovuz” yaxşı təsir bağışladı. Fasilədən sonra “Sumqayıt” topa daha çox nəzarət edən tərəf olsa da, heç cür rəqib qapısına yol tapa bilmədi. Belədə, Kurban Berdıyev və komandası yerli publika önündəki ilk sınaqdan uğurla çıxdı deyə bilərik. Düzdür, iki tur çox qısa müddətdir və 180 dəqiqəyə görə hansısa futbolçuya, məşqçiyə və ya komandaya qiymət vermək üçün tezdir. Lakin istənilən halda geridə qalan “Neftçi” və “Sumqayıt”la oyunlar “Turan Tovuz”un gələcəyi barədə optimist düşünməyə əsas verir. Ehtiram Quliyev başda olmaqla klub rəhbərliyi uğur qazanmaq üçün əlindən gələni edir. Belədə Berdıyevin təcrübəsinin və azarkeşlərin dəstəyinin “Turan Tovuz”u uğura daşıyacağını proqnozlaşdırmaq olar...
Fərəc Aslanov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
-
18:52
Azərbaycan klubu "World Winners Cup Alanya 2026" turnirində iştirak edəcək
-
18:19
Premyer Liqasında ayın ən yaxşısı müəyyənləşdi
-
18:00
Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib
-
17:44
“Neftçi” “Araz-Naxçıvan”ı məğlub etdi
-
17:23
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
-
16:53
Zədə səbəbindən U-20 millimizin düşərgəsindən ayrıldı
-
16:37
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
-
16:11
II Liqada 10 oyunun vaxtı açıqlandı
-
15:48
“Səbail” yoxlama oyununda 5 qollu qələbə qazandı
-
15:25
Ayxan Hüseynov: “Bu heç-heçə məğlubiyyətə bərabərdir”
-
15:09
Məşhur rusiyalı futbolçu karyerasını başa vurdu
-
14:52
Üzgüçülərimiz Dünya Kubokunda rekorda imza atıblar
-
14:34
"Kəpəz" U-19 millimizlə heç-heçə etdi
-
14:16
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
-
13:40
Respublika stadionunun 75 illiyi münasibətilə yoldaşlıq matçı keçiriləcək
-
13:23
AMADA rəsmisi Avropa Şurasının antidopinq iclasında iştirak edib
-
12:51
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
-
12:17
Füzuli Məmmədov: “Bizim üçün hər qarşılaşma vacibdir”
-
11:38
“Şahdağ Qusar”dan növbəti qələbə
-
11:05
“Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
-
10:42
Elvin Bədəlov: “Xeyr, biz D Liqasına layiq deyilik”
-
10:29
Millimizin biabırçı heç-heçəsi VİDEO
-
10:14
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:56
Danimarka - Portuqaliya matçında 6 qol VİDEO
-
09:30
Yazmadığım yazı...
-
08:43
Mahir Emreli: “İllər keçəcək, bu nəticə ayıbımız kimi yadda qalacaq”
-
21:55
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
-
21:17
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
-
20:28
AFFA 6 klubu cərimələdi
-
18:46
Mikayıl Cabbarov dünya çempionu olan Azərbaycan millisini təbrik edib
-
17:31
Mustafa Vəlizadə: “Çox əziyyət çəksək də, medallar qazana bildik”
-
17:12
Azərbaycan millisi bu dəfə qapısında 8 qol gördü
-
17:00
Basketbol Liqasında iki oyun təxirə salınıb
-
16:43
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
-
16:24
Şahmatçılarımızın dünya reytinqindəki mövqeyi açıqlandı
-
15:59
U-20 voleybol millimiz EEVZA çempionatına Qubada hazırlaşır
-
15:37
"Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinin qalibləri mükafatlandırılıb
-
15:15
İdmançılarımız “Mingəçevir Reqatası-2026”nı 22 medalla başa vurublar
-
14:48
Bakıda stolüstü tennis üzrə beynəlxalq seminar keçirilir
-
14:26
“Mingəçevir Reqatası-2026”: Tarverdiyev-Vəlizadə cütlüyü ikinci oldu
-
14:02
Üzgüçülərimiz Bakıda Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
-
13:51
Azərbaycan Basketbol Liqasının qalibi 1 milyon 400 min manat mükafat qazanacaq
-
13:34
Litvanın qələbəsi VİDEO
-
13:13
“Sumqayıt”ın məşqçi heyəti Qanvermə aksiyasında iştirak edib FOTOLENT
-
13:00
Azərbaycanın “Mingəçevir Reqatası-2026”da medal sayı artdı
-
12:49
Elçin Səmədli beynəlxalq oyuna təyinat alıb
-
12:27
Amerikalı basketbolçu Azərbaycan klubunda
-
12:15
Bakıda üzgüçülük üzrə "İpək Yolu" Dünya Kuboku start götürüb
-
11:58
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:06
U-21 millimiz Şotlandiyada "5 aldı" VİDEO
02.10.2026
01.10.2026
Arxiv
| Oktyabr 2026 |
| B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
| 01 | 02 | 03 | 04 | |||
| 05 | 06 | 07 | 08 | 09 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 | |
























