1 Iyun 2025, Bazar günü
PSJ "İnter"i darmadağın etdi
Kubokun qalibi "Sabah" oldu
U-21 millimizin heyəti açıqlandı
“Neftçi” 7 futbolçu ilə vidalaşdı

Ölkə futbolu

"Qəbələ" "Trabzonspor"a qalib gəldi

Türkiyədə keçirilən ənənəvi "U12 İzmir Cup" beynəlxalq turnirinə yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, yarışda qüvvəsini sınayan “Qəbələ”nin 12 yaşadək futbolçulardan ibarət komandası sonuncu gün iki qarşılaşmaya çıxıb.

Qrup oyunlarından sonra final mərhələsinə vəsiqə qazana bilməyən Elnur İmanquliyevin baş məşqçisi olduğu komanda təsəlliverici matçlarda gücünü yoxlayıb.

“Qəbələ” Türkiyənin "Başakşəhər" klubu ilə qolsuz heç-heçə edib. "Trabzonspor"la görüşdə isə komandalar hərəyə bir qol vurublar. “Qırmızı-qaralar”ın heyətində Ömər Kərimov fərqlənib. Bu oyunun penaltilər seriyasında "Qəbələ" 5:4 hesablı qələbə qazanıb.

Turnirin qalibi isə “Mançester Siti” (İngiltərə) və PSV (Hollandiya) arasında oyunda müəyyənləşib. Böyük britaniyalılar qolsuz başa çatan matçın penaltilər seriyasında qələbə qazanıblar - 2:1. 3-cü yer uğrunda matçda isə İtaliya “Parma”sı Sloveniyanın “Olimpiya” klubunu 1:0 hesabı ilə məğlub edib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2025
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30