13 May 2026, Çərşənbə
Yuri Vernidubdan qələbə şərhi
Berdiyev: “Heyət güclənməlidir”
“Qalib gəlmək üçün ölməlisən”
"Sumqayıt"ın futbolçusu mükafatlandırıldı

Ölkə futbolu

"Qarabağ"a jest edildi

Avropa Liqasında çıxış edən “Qarabağ” qrupda son oyununu səfərdə “Arsenal”a qarşı keçirəcək.

Futbolxeber.az saytının məlumatına görə, ölkə çempionu oyun üçün Böyük Britaniya vizası əldə etmək məqsədilə lazımi prosesdən keçib. Bu vizanın verilmə prosesində səlahəyyətli şirkət TLS kluba jest edib.

Şirkətin nümayəndələri futbolçuların sıx qrafikini nəzərə alaraq Ağdam təmsilçisinin bazasına gələrək lazımi prosesləri məhz orda yerinə yetirib. Klub rəhbərliyi komandaya dəstək verdiyinə və alicənab hərəkətinə görə başda Elnur Adilov olmaqla TLS şirkətinə xüsusi təşəkkürünü bildirib.

Qeyd edək ki, “Arsenal” - “Qarabağ” qarşılaşması dekabrın 13-də “Emireyts” stadionunda keçiriləcək.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31