16 Avqust 2026, Bazar günü
“Sumqayıt”da portuqaliyalı müdafiəçi
Kurban Berdıyevdən qələbə şərhi
İmad Faraj “Neftçi”dən getdi
Yeni mövsümün ilk qolu vuruldu

Ölkə futbolu

Jezniçak və Hüseynova “qırmızı işıq”

Azərbaycan Premyer Liqasının XV turu iki futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib. Futbolxeber.az saytının məlumatına görə, Yakub Jezniçak (“Qarabağ”) və Vurğun Hüseynov (“Sumqayıt”) növbəti turu buraxacaq.
 
Buna hər iki oyunçunun mövsümdə 4-cü sarı vərəqəni alması səbəb olub. “Qarabağ”ın polşalı müdafiəçisi “Qəbələ” ilə ev görüşündə xəbərdarlıq alıb. 4-cü dəfə cəzalanması onun XVI turun “Səbail”lə matçına “istirahət” qazanması ilə nəticələnib.
 
“Sumqayıt”ın kapitanı isə “Zirə” ilə qarşılaşmada 4-ə çatıb. Müdafiəçi “Neftçi” ilə növbəti turun vacib qarşılaşmasını buraxmalı olacaq.
 
Qeyd edək ki, XVI turun oyunları fevralın 17-18-də keçiriləcək.

apasport.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31