2 Oktyabr 2026, Cümə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Xarici futbol

Konfrans Liqası: 1/8 finalçılar və pley-offçular müəyyənləşdi

UEFA Konfrans Liqasında bütün 1/8 finalçıların və pley-offçuların adlarına aydınlıq gəlib.

Futbolxeber.az saytının məlumatına görə, bu, Liqa mərhələsinin sonuncu - 6-cı turunun görüşlərindən sonra müəyyənləşib.

Mərhələni 16 xalla "Strasburq" lider kimi başa vurub. Fransa klubu ilə yanaşı, "Rakuv" (Polşa), AEK (Yunanıstan), "Sparta" (Çexiya), "Rayo Valyekano" (İspaniya), "Şaxtyor" (Ukrayna), "Maynts" (Almaniya) və AEK (Kipr) 1/8 finala birbaşa yüksəlib.

"Lozanna" (İsveçrə), "Kristal Pelas" (İngiltərə), "Lex" (Polşa), "Samsunspor" (Türkiyə), "Selye" (Sloveniya), "AZ Alkmaar" (Niderland), "Fiorentina" (İtaliya), "Riyeka" (Xorvatiya), "Yagelloniya" (Polşa), "Omoniya" (Kipr), "Noah" (Ermənistan), "Drita" (Kosovo), "KuPS" (Finlandiya), "Şkendiya" (Şimali Makedoniya), "Zrinski" (Bosniya və Hersoqovina) və "Siqma" (Çexiya) pley-offa vəsiqə əldə edib.

Qeyd edək ki, Konfrans Liqasının pley-off mərhələsi 2026-cı il fevral ayının 19-20-də başlayacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31