27 May 2026, Çərşənbə
Murad Məmmədov "Pafos"a keçdi
“Neftçi” iki legionerlə vidalaşdı
Saşa İliç “Sumqayıt”dan getdi
Zakaria Savon rəsmən “Qarabağ”da

Xarici futbol

"Kəpəz" iki legioneri ilə yeni müqavilə imzaladı

Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən "Kəpəz" iki futbolçu ilə müqaviləni yeniləyib.

Futbolxeber.az saytının klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Mahamadu Ba və Paçu Lira ilə iki illik anlaşma imzalanıb.

Hücumçu mövqeyində oynayan Paçu son çempionatda 27 oyun keçirərək 4 qol vurub, eyni sayda assist edib. Ampluaca yarımmüdafiəçi olan Ba isə 25 matçda meydana çıxıb. Malili oyunçu azarkeşləri 3 qolla sevindirib.

Qeyd edək ki, hələlik transfer etməyən "Kəpəz" Trent Buhagiar, Rati Ardazişvili, Kərim Lkoça, Yeqor Xvalko,  Dioqo Verdaşka, Rojerio Santos, Valdemar Almeyda ilə yolları ayırıb.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31