2 Iyul 2026, Cümə axşamı
DÇ-2026: 1/8 finalın 5 cütü məlumdur
DÇ: İngiltərə 1/8 finala yüksəldi
“Qarabağ” "Ferentsvaroş"a da uduzdu
“Zirə” Türkiyə klubuna qalib gəldi

Xarici futbol

Vüsal oynadı, komandası xal itirdi

Azərbaycan millisinin üzvü Vüsal İsgəndərli Türkiyə 1-ci Liqasında növbəti oyununa çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, həmyerlimizin çıxış etdiyi “Boluspor” 31-cu tur çərçivəsində öz meydanında “Bandırmaspor”la qarşılaşıb.

90 dəqiqə ərzində qapılara qol vurulmayıb - 0:0.

Vüsal da bu görüşün iştirakçısı olub. O, matça ehtiyat oyunçular skamyasından başlayıb və 71-ci dəqiqədə Ali Ulgenin əvəzinə meydana çıxıb.

Qeyd edək ki, “Boluspor” 45 xalla 8-ci yerdədir. 51 xala malik “Bandırmaspor” isə 5-cidir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31