6 Aprel 2026, Bazar ertəsi
"Neftçi" "Sumqayıt”ı məğlub etdi
Azər Bağırov: "Uduzacağımızı gözləyirdim"
Kaxaber Sxadadzedən qələbə şərhi
"Zirə" Azərbaycan çempionu oldu

Xarici futbol

Noyer: “Almaniya hər zaman favorit hesab olunur”

Almaniya millisinin qapıçısı Manuel Noyer komandasının Avro-2024-dəki uğurlu startını şərh edib.

Futbolxeber.az saytının məlumatına görə, 38 yaşlı qolkiper bildirib ki, komandası favorit hesab olunsa da, üzərində işləməli olduqları məqamlar da var:

“Atmosfer əladır, tribunalarda anşlaq yaşanır. Bu turnirin vətənimdə keçirilməsindən məmnunam. Almaniya millisi hər zaman favorit hesab olunur. Lakin bizim üzərində işləməli olduğumuz cəhətlər var. Növbəti görüş qrupdakı ən çətin oyunumuz olacaq. Qələbə impulsunu qoruyub saxlamalıyıq”.

Qeyd edək ki, Avro-2024-dəki ilk matçında Şotlandiyanı darmadağın edən (5:1) Almaniya millisi dünən də Macarıstandan üstün olub (2:0). Komanda qrupdakı son matçını İsveçrəyə qarşı keçirəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30