17 Avqust 2026, Bazar ertəsi
"Neftçi" və "Zirə" qələbə qazandı
Zubir “Qarabağ”dan getdi
"Sabah" "Kəpəz”i məğlub etdi
“Sumqayıt”da portuqaliyalı müdafiəçi

Xarici futbol

"Yuventus" favoritdi, "Mançester Yunayted" də qələbəyə oynayacaq"

“Mançester Yunayted”in sabiq müdafiəçisi Yap Stam “qırmızı şeytanlar”ın Çempionlar Liqasının dördüncü turu çərçivəsində “Yuventus”a qarşı keçirəcəyi matç haqda danışıb.

Futbolxeber.az saytının məlumatına görə, hollandiyalı “Mançester Yunayted”in Turində qələbə üçün oynayacağını bildirib: “Bu görüşdə hər iki komandanın ifasında gözəl mübarizənin şahidi olmaq istəyirəm. Hər iki komandanın üç xal uğrunda oynayacağını düşünürəm. “Yuventus” ilk dəqiqələrdən hücum etməyi xoşlayan komandadı.

“Mançester Yunayted” isə ehtiyatlı oynayacaq. Çünki onlar “Yuventus”un səhv etməsini gözləyəcək. İstənilən halda “Mançester Yunayted” qələbəyə oynayacaq. Çünki alınacaq məğlubiyyət Joze Mourinyoyaya olan təzyiqləri artıracaq. “Yuventus” favoritdi, hələ ki, ÇL-də xal itirməyiblər, əla futbolçuları var”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31