2 Iyun 2025, Bazar ertəsi
PSJ "İnter"i darmadağın etdi
Kubokun qalibi "Sabah" oldu
U-21 millimizin heyəti açıqlandı
“Neftçi” 7 futbolçu ilə vidalaşdı

Xarici futbol

Mançininin tərbiyəsizliyi cəzasız qalmadı

Milan “İnter”inin baş məşqçisi Roberto Mançini cəzalanıb. Futbolxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis “A” seriyasının idman-intizam komitəsinin qəzəbinə tuş gəlib. Dünən “Milan”a qarşı baş tutan derbinin ikinci hissəsində baş hakim Antonio Damatonun qərarına etiraz edən 51 yaşlı mütəxəssisin aqressivliyi cəzasız qalmayıb. Görüşün 4-cü hakimini təhqir etdiyi üçün tribunaya göndərilən, yolüstü “Milan” fanatlarına orta barmağını göstərən Mançini 1 oyunluq cəzalanıb. “Kyevo” ilə oyunda ehtiyat oyunçular skamyasında yer almayacaq məşqçi, həm də 5 min avro cərimə ödəyəcək.

Xatırladaq ki, Mançinin komandası derbidə 0:3 hesabı ilə darmadağın olub. 

Fərid Abdullayev








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2025
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30