8 Sentyabr 2026, Çərşənbə axşamı
Koxalski “Qarabağ”dan rəsmən getdi
Akinyemi rəsmən “Neftçi”də
Qurbanov: “Bu, təhlükəlidir”
Kurban Berdiyevdən qələbə şərhi

Digər idman növləri

Azərbaycan millisi beynəlxalq turnirin qalibi olub

Çimərlik voleybolu üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Türkiyənin Tekirdağ bölgəsində təşkil olunan və FIVB reytinq xalları qazandıran açıq çempionatın qalibi olub.

Futbolxeber.az saytının məlumatına görə, 16 komandanın mübarizə apardığı yarışda Azərbaycanı İbrahim Məmmədov və Muhəmməd Aslanlı cütlüyü təmsil edib. Voleybolçularımız bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar.

Qadınların yarışında mübarizə aparan Səbinə Əlizadə və Leyla Əliyeva cütü isə 16 komanda arasında 4-cü yeri tutub.

Qeyd edək ki, baş məşqçi Atvars Vildenin rəhbərliyi ilə çimərlik voleybolçularımız Türkiyədə daha bir beynəlxalq yarışda çıxış edəcəklər.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30