12 Avqust 2026, Çərşənbə
"Sumqayıt"dan növbəti transfer
Namiq Ələsgərov “Kəpəz”də
Boyan Letiç "Araz-Naxçıvan"da
Nəriman rəsmən “Erzurumspor”da

Digər idman növləri

Hidayət Heydərov və Nizami İmranov Niderlandda Olimpiya Təlim Düşərgəsinə qatılıblar

Cüdo üzrə Azərbaycan millisinin üzvləri Hidayət Heydərov və Nizami İmranov Niderlandın Papendal şəhərində təşkil olunan Olimpiya Təlim Düşərgəsinə qatılıblar.

Futbolxeber.az saytına bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən beynəlxalq təlim-məşq toplanışında cüdoçulara Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, olimpiya çempionu Elnur Məmmədli rəhbərlik edir.

Müxtəlif ölkələrdən yüksək səviyyəli cüdoçuların iştirak etdiyi düşərgə intensiv məşqlər və randori sessiyalarından ibarətdir.

Toplanış milli komandanın üzvləri üçün beynəlxalq səviyyəli rəqiblərlə birgə məşq etmək, texniki-taktiki hazırlığı təkmilləşdirmək və qarşıdakı yarışlara hazırlıq baxımından mühüm əhəmiyyət daşıyır.

Papendaldakı Olimpiya Təlim Düşərgəsi avqustun 14-dək davam edəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31