27 Sentyabr 2026, Bazar günü
Rafael Utsiq yenidən “Qəbələ”də
U-21 millimiz Çexiya ilə heç-heçə etdi
“Şahdağ Qusar”dan 8 qollu qələbə
“Neftçi” Cavadovu təbrik etdi

Digər idman növləri

Azərbaycanlı hakim Çelenc Kubokuna təyinat alıb

Azərbaycanlı beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov Çelenc Kubokunun oyununa təyinat alıb.

Futbolxeber.az saytına bu barədə Azərbaycan Voleybol Federasiyasından bildirilib.

Avropa Voleybol Konfederasiyası tərəfindən təyinat alan Eldar Zülfüqarov bu gün Macarıstanda keçiriləcək qadın voleybolçular arasında Çelenc Kubokunun 1/4 final mərhələsinin "Kapoşvari" (Macarıstan) - "Nova Qoritsa" (Sloveniya) qarşılaşmasında ikinci hakim olacaq.

Matçın baş hakimi funksiyasını isə türkiyəli Cevril Ebru Kaya yerinə yetirəcək.

CEV Hakimlər Komitəsi bu il "CEV Mentoring Program 2026" layihəsinə start verib. Layihəyə 16 təcrübəli hakim (layihə zamanı onlar mentor adlanırlar) cəlb olunub. Onlardan biri də həmyerlimiz Eldar Zülfüqarovdur.

Layihə çərçivəsində yeni hakimlər yarışlarda birinci hakim olaraq təyinat alırlar. Təcrübəli referilər isə oyunda ikinci hakim olurlar və matçdan sonra yeni hakimlərin işini qiymətləndirirlər.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30