15 Sentyabr 2026, Çərşənbə axşamı
Elvin Camalov “Neftçi”dən getdi
İsmail Taofik: “Hədəfimiz çempionluqdur”
"Qarabağ" məğlubiyyətdən qaçdı
“Sumqayıt” qəkəbəni əldən verdi

Digər idman növləri

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş intellektual yarış keçirilib

Peşəkar Futbol Liqası və “Misli”nin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş, idman jurnalistləri arasında intellektual yarış keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, 60-dan çox media nümayəndəsinin iştirak etdiyi turnir maraqlı və yaddaqalan alınıb.

Dövlət Vergi Xidmətinin Şamaxı tədris mərkəzində baş tutan yarışda komandalara Azərbaycan Premyer Liqasının 2025/26 mövsümündə iştirak edən 12 komandanın adları verilib. Tamamilə Azərbaycan futboluna həsr olunmuş suallar əsasında keçirilən yarışda sona qədər gərgin mübarizə gedib. Belə ki, qalib “qızıl oyun”da müəyyənləşib. Yekunda "Sumqayıt" komandası qalib, "Sabah" ikinci, "Kəpəz" üçüncü olub.

Tədbirin sonunda çempion "Sumqayıt" komandasına kubok və medallar təqdim edilib. Turnirdə qaliblə yanaşı, ikinci və üçüncü yerin sahibləri də pul mükafatı qazanıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30