29 Sentyabr 2026, Çərşənbə axşamı
"Qəbələ"də daha iki yeni məşqçi
Millimiz Litva ilə heç-heçə etdi
Rafael Utsiq yenidən “Qəbələ”də
U-21 millimiz Çexiya ilə heç-heçə etdi

Digər idman növləri

Azərbaycanın iki boksçusu Avropa çempionu oldu

Almaniyanın Keinbaum şəhərində keçirilən boks üzrə U-17 Avropa çempionatına yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan millisi 29 ölkədən 382 idmançının qatıldığı yarışı 2 qızıl və 2 gümüş medalla başa vurub.

Finalda Gülər Hüseynova (48 kq) Asmin Cabasla (Türkiyə) qarşılaşıb. MDB Oyunlarının qalibi Avropa çempionatını da titulla yekunlaşdırıb. O, rəqibini 5:0 (29:26, 29:26, 30:25, 30:25, 28:27) hesabı ilə məğlub edərək çempion adına yiyələnib və Almaniyada Azərbaycan himnini səsləndirib.

Qardaş Rəhimov (46 kq) da komanda yoldaşının uğurunu davam etdirib. O, MDB Oyunlarının ardınca Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Boksçumuz həlledici görüşdə Birham-Pasa İuseima (Rumıniya) 3:2 (29:28, 30:27, 30:27, 27:30, 28:29) hesabı ilə qalib gələrək qızıl medal qazanıb.

Millimizin digər üzvlərindən Şahin Aslanov (60 kq) və Şükar Əliyev (75 kq) isə Avropa çempionatının gümüş medalına yiyələniblər.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30