29 Sentyabr 2026, Çərşənbə axşamı
"Qəbələ"də daha iki yeni məşqçi
Millimiz Litva ilə heç-heçə etdi
Rafael Utsiq yenidən “Qəbələ”də
U-21 millimiz Çexiya ilə heç-heçə etdi

Digər idman növləri

Avropa çempionatı: Daha 2 boksçumuz yarımfinalda

Almaniyanın Keinbaum şəhərində yeniyetmə boksçular arasında U-17 Avropa çempionatında 1/4 final mərhələsinə yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, mərhələnin son günündə Azərbaycan millisinin daha 2 idmançısı yarımfinala vəsiqəni təmin edib.

Gülər Hüseynova (48 kq) Maria Spennato (İtaliya) ilə döyüşüb. Boksçumuz rəqibinə ikinci raundda tam üstünlüklə qalib gəlib. O, yarımfinalda Serana Mali (İngiltərə) ilə üz-üzə gələcək.

Şahin Aslanov (60 kq) da 1/4 final döyüşünü də xeyrinə bitirib. O, bu dəfə İvaylo Kolevi (Bolqarıstan) məğlub edib - 4:1 (30:27, 30:27, 30:27, 30:27, 28:29). Boksçunuzun finala gedən yolda rəqibi Ceyson Maher (İrlandiya) olacaq.

Beləliklə, yarımfinalda iştiraklarını rəsmiləşdirməklə özləri üçün bürünc medalı təmin edən boksçularımızın sayı 4-ə yüksəlib. Daha öncə Qardaş Rəhimovla (46 kq) Şükar Əliyev (75 kq) də bu hüquqa yiyələniblər.

Qeyd edək ki, yarımfinal döyüşləri dekabrın 15-də olacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30