16 Avqust 2026, Bazar günü
“Sumqayıt”da portuqaliyalı müdafiəçi
Kurban Berdıyevdən qələbə şərhi
İmad Faraj “Neftçi”dən getdi
Yeni mövsümün ilk qolu vuruldu

Digər idman növləri

Azərbaycan cüdoçularından 4 medal

Azərbaycan cüdoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən böyüklər arasında Avropa Kubokunu 4 medalla başa vurublar.

Futbolxeber.az saytının məlumatına görə, yarışın sonuncu – ikinci günündə milli komandamızın 3 üzvü fəxri kürsüyə yüksəlib.

48 kq çəki dərəcəsində Könül Əliyeva bütün görüşlərdə qalib gələrək qızıl medal qazanıb. O, finalda polşalı Natalya Stoklosanı məğlub edib. Bu çəkidə digər təmsilçimiz Leyla Əliyeva bürünc medala sahib çıxıb.

52 kq çəkidə tatamiyə çıxan Gültac Məmmədəliyeva da keçirdiyi üç görüşdən qalib ayrılaraq qızıl medala yiyələnib. O, finalda Buketnur Karabulutu (Türkiyə) üstələyib.

Xatırladaq ki, yarışın ilk günündə Günel Həsənli (70 kq) bürünc medalla yadda qalıb.

Beləliklə, Azərbaycan yığması ümumilikdə 2 qızıl və 2 bürünc medal qazanaraq 30 ölkə arasında qadınların mübarizəsində 1-ci, ümumi komanda hesabında isə 5-ci yeri tutub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31