17 Avqust 2026, Bazar ertəsi
“Neftçi”nin 25 il gözlədiyi start
Rəşad Sadıqovdan qələbə şərhi
"Neftçi" və "Zirə" qələbə qazandı
Zubir “Qarabağ”dan getdi

Digər idman növləri

Azərbaycan idmançısı dünya çempionatında gümüş medal qazandı

Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli Bəhreynin paytaxtı Manamada keçirilən dünya çempionatında gümüş medal qazanıb.
 
Futbolxeber.az saytının məlumatına görə, 109 kq çəki dərəcəsində "körpücük" üzərinə çıxan atlet birdən qaldırmada 183 kq-ı ram edərək dördüncü olub.
 
Dadaş təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edərək tarixi uğur qazanıb. O, 221 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə dünya çempionatının gümüş medalına sahib çıxıb.
 
Dadaşbəyli toplam 404 kq (183+221) nəticə ilə yekun sıralamada da 2-ci yeri tutaraq fəxri kürsüdə yer alıb. 
 
Qeyd edək ki, Dadaş ötən il Səudiyyə Ərəbistanında keçirilən dünya çempionatında bürünc medal qazanaraq 18 illik fasilədən sonra bu nəticə nail olan ağırlıqqaldıran olmuşdu. 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31