23 Fevral 2026, Bazar ertəsi
“Neftçi”də 9 nömrə əbədiləşdirildi
Millimiz Tacikistana uduzdu
“Neftçi” Banişevskinin məzarı önündə
Berdıyevdən mini master-klass

Digər idman növləri

Azərbaycanın üç boksçusu 1/4 finalda

Serbiyanın paytaxtı Belqradda boks üzrə Avropa çempionatı davam edir.

Futbolxeber.az saytının məlumatına görə, yarışın 4-cü günündə Azərbaycan millisinin 3 üzvü mərhələ adlayıb.

Nəbi İsgəndərov (67 kq) 1/8 finalda fransalı Huqo Qraunu sınağa çəkib. Döyüş 4:1 (29:28, 30:27, 29:28, 28:29, 29:28) hesabı ilə boksçumuzun xeyrinə başa çatıb. İsgəndərov 1/4 finalda ilk mərhələdən azad olan Laşa Quruli (Gürcüstan) ilə üz-üzə gələcək.

Malik Həsənov (63,5 kq) da çıxışını qələbə ilə başa vurub. O, 1/8 finalda U-22-lər arasında son Avropa çempionu olan ispaniyalı Oyer İbarriçeni 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:26) hesabı ilə məğlub edib. Həsənov 1/4 finalda Din Klensi (İrlandiya) ilə döyüşəcək.

Sərxan Əliyev (71 kq) isə 1/8 finalda Makkiver Euqenlə (İrlandiya) münasibətinə aydınlıq gətirib. Boksçumuz qələbə sayəsində mərhələ adlayıb. O, ikinci qarşılaşmasında Esgerxan Madiyevlə (Gürcüstan) qüvvəsini sınayacaq.

Qeyd edək ki, 1/4 final mərhələsinin görüşləri aprelin 24-də olacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28