4 Oktyabr 2026, Bazar günü
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Ölkə futbolu

U-17-dən növbəti biabırçı məğlubiyyət

17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının 1-ci turun seçmə mərhələsi çərçivəsində son oyununu keçirib.

Futbolxeber.az saytının məlumatına görə, millimiz U-17 Albaniya yığması ilə qarşılaşıb.

Görüş albanların 7:2 hesablı qələbəsi ilə başa çatıb.

Millimizin qollarını 25-ci dəqiqədə Sara Səlimova və 32-ci dəqiqədə Məryəm Səmədli vurublar.

Bununla da, U-17 millimiz ardıcıl üçüncü matçında da biabırçı hesabla uduzub. Yığmamız ilk görüşündə İrlandiyaya 0:16, ikinci oyununda isə Kosovoya 3:8 hesabı ilə uduzmuşdu.

Beləliklə, Azərbaycan yığması qrup mərhələsinin xalsız və sonuncu pillədə başa vurdu. Qolların fərqi isə 5:31-dir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31