5 Oktyabr 2026, Bazar ertəsi
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Ölkə futbolu

“Neftçi”nin ən yaxın izləyicisi ilə oyuna bilet satışı davam edir

Azərbaycan Premyer Liqasının VII turu çərçivəsində keçiriləcək “Neftçi” - “Sabah” oyununa bilet satışa davam edir.

Futbolxeber.az saytının məlumatına görə, bu gün daha bir sektor üzrə onlayn bilet satışına start verilib. “Banişevski üst” sektoruna olan biletləri 3 AZN-ə əldə edə bilərsiniz.

Qeyd edək ki, ilkin mərhələdə “Qərb 2”, “Banişevski alt”, “VIP Silver 1”, “VIP Silver 2” və “VIP Family” sektorları satışa açılmışdı. Qiymətlər aşağıdakı kimidir:

- Qərb 2 - 2 AZN;

- Banişevski alt - 3 AZN;

- VIP Silver 1, VIP Silver 2 və VIP Family - 15 AZN.

Digər sektorlara giriş hüququ verən biletlər isə daha sonra satışa çıxarılacaq. Bununla bağlı əlavə məlumat veriləcək. Qiymətlər belədir:

- Qərb 1, Forza, Şərq 1, Şərq 2 - 2 AZN;

- Şimal 1, Şimal 2 - 3 AZN;

- VIP Gold - 20 AZN.

Biletləri “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar.

Stadionun kassasında isə biletlər oyun günü saat 14:00-dan etibarən satışda olacaq.

Xatırladaq ki, oktyabr 9-da “Palms Sports Arena”da keçiriləcək qarşılaşma 19:30-da start götürəcək.

6 turdan sonra “Neftçi” 15 xalla Azərbaycan Premyer Liqasının lideri, eyni xala malik “Sabah” isə onun ən yaxın izləyicisidir.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31